Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1839/2021 23.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru X2, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs narkotik vasitədən istifadə etdiyinə görə onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 tərəfindən xx xxxxx 2021ci il tarixdə, MN №1081436 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs narkotik vasitə istifadə etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru X1 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində Ə.Naxçıvani 37 binanın qarşısında iki nəfər şəxsin hərəkətləri müəyyən şübhələr doğurduğundan həmin şəxsləri Polis Bölməsinə dəvət etmişlər. PB-də həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmişdir. Şəxs narkoloji testdən keçirərkən narkotik vasitə qəbul etdiyi aşkar edildiyini bildirərək, məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2021-ci il tarixdə İ.Dadaşov küçəsində dostu Rəşad ilə birlikdə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqlarını, tibbi müayinə zamanı narkotik vasitə qəbul etdiyinin müəyyən olunduğunu, 5 ildir ki, narkotik vasitə aludəçisi olduğunu, əməlindən peşmanlıq hissi keçirdiyini bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən Şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2021-ci il tarixdə Narkoloji Mərkəzdə müayinədən keçirilərkən Şəxs sidiyində narkotik vasitə aşkar olunmuş və həmin tarixdə bu barədə 1220 saylı akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli, MN №1081436 saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZA №009442 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 15:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şəxs Binəqədi RPİ-nin 5-ci PB-nin rəisi polis mayoru Cavid İsmayılzadəyə yazdığı izahatından görünür ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində narkotik vasitədən istifadə etdiyini təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan inzibati xəta olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əvvəllər məhkum olunduğunu, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati həbs növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx xxxxx 2021-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1839/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1839/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver