Məhkəmə qərarları › İş №3(001)-1842/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1842/2022

07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1842/2022 07.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Eyni qaydada 2020-ci il tarixdə də barəsində protokol tərtib edilmiş, lakin məhkəmə tərəfindən iş üzrə icraata xitam verilmişdir. Həmçinin məhkəmənin həmin qərarından tələbkar tərəfindən apellyasiya şikayəti verilməsinə baxmayaraq şikayət təmin edilməmişdir. Əvvəllər baş tutumuşməhkəmə iclasınd da qeyd etmiş və hazırda da bildirir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 08 sentyabr 2016-cı il tarixli, 2(005)-354/2016 nömrəli icra vərəqəsi ilə əvvəllər sədri olduğu "xxxx" ASC-nin rəhbərliyi tərəfindən 2015-ci il üzrə ASC-nin reyestri və Nizamnaməsi, 2012-2015-ci illər üzrə "xxxx" ASC-in Müşahidə Şurası tərəfindən keçirilmiş iclasların protokolları və müşahidə şurasının üzvləri haqqında məlumatı, ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-nin torpaq sahəsinin Bakı şəhərində hərrac vasitəsilə satılması barədə rəsmi məlumatların X1 təqdim edilməsi qərara alınmışdır. "xxxx" ASC isə 18 aprel 2017-ci il tarixdə ləğv edilmiş və Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Ona görə də, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xitam verilməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, habelə inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)- 354/2016 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" ASC-in rəhbərliyi tərəfindən 2015-ci il üzrə ASC-in reyestri və Nizamnaməsi, 2012-2015-ci illər üzrə "xxxx" ASC-in Müşahidə Şurası tərəfindən keçirilmiş iclasların protokolları və müşahidə şurasının üzvləri haqqında məlumatı, ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-in torpaq sahəsinin Bakı şəhərində hərrac vasitəsilə satılması barədə rəsmi məlumat X1 təqdim edilməsi qərara alınmışdır. xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-354/2016 nömrəli icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-354/2016 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu "xxxx" ASC-yə 10 gün vaxt verilmişdir. xx.xx.2015-ci il tarixli "xxxx" ASC-nin ləğv komissiyasının protokolundan görünür ki, ləğvlə bağlı digər məsələlərin həlli ilə bağlı ləğv komissiyasının səlahiyyətli nümayəndəsi Şəxs təyin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli, 3(001)-2845/2020 nömrəli qərarından görünür ki, Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-354/2016 saylı, 08 sentyabr 2016-cı il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 22 sentyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilmişdir. Həmçinin həmin qərardan müəyyən edilmişdir ki, "xxxx" ASC xx.xx.2017-ci il tarixdə ləğv edilmiş və Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-1530/2021 nömrəli qərarından görünür ki, tələbkar X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli, 3(001)-2845/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.12-ci maddəsinə görə hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Belə olan halda aydın olur ki, xx.xx.2017-ci il tarixdə ləğvi başa çatmış və mövcudluğuna son qoyulmuş "xxxx" ASC-in Ləğvetmə Komissiyasının sədri olmuş Şəxs artıq həmin hüquqi şəxsin vəzifəli şəxsi hesab edilə bilməz. Onun barəsində İXM-in 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi isə əsassızdır. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" ASCnin icraçı direktoru Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar