Məhkəmə qərarları › İş №3(001)-1845/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1845/2020

23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1845/2020 23.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlu, X1 Bakı şəhər DYPİ-nin İXP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərardan verdiyi şikayətə baxaraq, M ü ə y y ə n et d i m: xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 Bakı şəhər DYPİ-nin İXP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərardan verdiyi şikayəti daxil olmuşdur. X2 şikayətində Bakı şəhər DYPİ-nin İXP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, şikayətə mübahisələndirilən – İXP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərar əlavə edilməmişdir. Halbuki, mübahisələndirilən qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən qərardır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunun normasından da göründüyü kimi inzibati xəta haqqında protokoldan deyil inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 132.1 və 132.1.1-ci maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması məsələsi həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 verdiyi şikayət yuxarıda qeyd olunan əsaslara görə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: X1 Bakı şəhər DYPİ-nin İXP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərarından verdiyi şikayətvə ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Sədrlik edən: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar