Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-185/2022 11.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlu, Şəxs barəsində Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Şəxs barəsində toplanmış materialın məhkəmədə baxılmasına dair məktubu daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən məhkəmə göndərilən həmin müraciət baxılmadan geri qaytarılmışdır. Belə ki, Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış müraciətdə Şəxs barəsində toplanmış materialın baxılmasına dair məktub verilsə də, həmin müraciətə heç bir inzibati xəta haqqında protokol və iş materialı əlavə edilməmişdir. Halbuki məktubun qoşma hissəsində müvafiq sənədlər göstərilmiş, lakin onlar iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan məktubda Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə 29.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsi göstərilsə də, iş materialları əlavə edilmədiyindən işə mahiyyəti üzrə baxılması mmkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında işlərin baxılmağa hazırlanması zamanı işdə kifayət qədər sübutların toplanması məsələsinin həllini həm hakim, həm də səlahiyyətli orqan üçün imperativ norma kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində olan iş materialı natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində olan və Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə göndərilmiş iş materialı baxılmadan geri qaytarılsın. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-185/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-185/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver