Məhkəmə qərarları › İş №3(001)-185/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-185/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-185/2023 06.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, X1 iştirakı ilə, X1 X10 Xidmətinin inspektoru, polis serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şikayətçi X2 Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək göstərmişdir ki, X10 Xidmətinin inspektoru, polis serjantı X8 tərəfindən X6 barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı əsassız qərar qəbul edilmişdir.Hal-hazırda, o, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət təqdim etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o avtomobili “Meyvəli” deyilən ərzazidəki DYPdən 77HP460 dövlət qeydiyyat nişanı alıb terminaldan çıxmışdır.Həmin an şüşələrdə bilinməyən plyonka var idi, o, dövlət yol polis əməkdaşlarına bildirmişdir ki, qeyd olunan plyonkanı söksünlər, lakin onlar sökməmişdirlər.Onlar cavabında bildirmişdirlər ki, şüşə sadəcə şəffafdır, heç nə bilinmir, ona görə də, sökməyə ehtiyac yoxdur.O, belə bir vəziyyətdə 2 aydan çoxdur ki, həmin avtomobili idarə edir və heç bir problem olmamışdır.xx.xx.2023-cü il tarixdə saat 12:26 radələrində Masazır dairəsi ərazisində avtomobili ilə hərəkətdə olarkən X10 Xidmətinin inspektoru, polis serjantı X8 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.Daha sonra xx.xx.2023-cü il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə 150 manat məbləğində cərimə olunmuşdur.Həmin protokol və qərar qanunsuz tərtib edildiyindən o, həmin protokol və qərarla razı deyildir.Belə ki, o, yol polis əməkdaşları saxladığı an ban şüşələrində olan bilinməyən plyonkanı sökməklə aradan qaldırmışdır.Odur ki, həmin protokol və qərar tam qanunsuz və əsassızdır.Belə ki, İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron-protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir.İXM-nin 124.6-cı maddəsinə əsasən həmin Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə-edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən X3 məhkəmədən Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi üzrə təqsirli bilənərək, 150 manat məbləğində cərimə edilməsinə dair X10 Xidmətinin inspektoru, polis serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X3 şikayət ərizəsində göstərilənləri nəzərə alaraq, X10 Xidmətinin inspektoru, polis serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş qərarı qəbul etmiş X10 Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, X10 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında İXP ******* seriyalı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X6 nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkdiyinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan X10 Xidmətinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Buna görə də o, 150 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı əlavənin Vİİ hissəsinin 3-cü bəndindən görünür ki, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar hesab olunur. Həmin Qanuna əlavənin Vİİ hissəsinin Qeydinə əsasən işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü şüşələrdən başqa) tətbiqinə icazə verilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, iş materiallarında olan X10 Xidmətinin xx.xx.2023-ci il tarixli, TP ******* saylı qərarına əsasən məlum olur ki, xx.xx.2023-cü il tarixdə X4 idarə etdiyi “X12” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İXM-nin 342.2.4-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir."Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı əlavənin Vİİ hissəsinin 3-cü bəndindən görünür ki, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar hesab olunur.Həmin Qanuna əlavənin Vİİ hissəsinin qeydinə əsasən yalnız ışığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü şüşələrdən başqa) tətbiqinə icazə verilir. Bundan başqa, şikayətçi məhkəməyə şikayətinin əsaslı olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir.Hesab edirəm ki, sürücü tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmadığından şikayətin təmin olunması üçün hüquqi əsaslar yoxdur, buna görə də şikayət rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 X10 Xidmətinin inspektoru, polis serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar