Məhkəmə qərarları › İş №3(001)-1859/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1859/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1859/2021 08.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, X1, Şikayətçinin vəkili X5, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin nümayəndəsi Nümayəndə Çingiz oğlunun iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin MN ******* saylı, 24.09.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və barəsində fiziki şəxs kimi inzibati tənbeh tədbiri tətbiq olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X1 vəkili şikayətində tələbini onunla əsaslandırmışdır ki, o, 12.09.2020-ci il tarixdə Nazirlər Kabinetinin 19.06.2020-ci il tarixli, 208 nömrəli qərarının tələbləri pozularaq iaşə obyektində masalar arasında 2 metr və masa ətrafında oturacaqlar arasında 1 metr məsafənin saxlanılmaması müəyyən edilərək barəsində ******* saylı protokol tərtib edilmişdir. 24.09.2020-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında ******* saylı qərar qəbul edilmişdir. Bakı şəhəri X9 üzrə Baş İdarəsinin qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş qaydaların pozulmasına görə təqsirli bilinib 3000 manat məbləğində cərimə olunmuşdur. Barəsində tətbiq olunmuş inzibati xətanı etiraf edir, lakin inzibati cərimə növündə tətbiq edilmiş məbləğlə razı deyildir. Belə ki, barəsində olan inzibati cərimə fiziki şəxs kimi deyil, vəzifəli şəxs kimi tətbiq edilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD 19 virusu ilə əlaqədar müəyyən etdiyi karantin rejimi qaydalarını: Chefs Pub pivəxanasını saat 21.00-dan sonra işlətdiyinə görə Yasamal Rayon Məhkəməsinin 21.03.2020-ci il tarixli 3(004)-943/2020 saylı qərarına əsasən İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. Hesab edir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən inzibati xəta haqqında qərara əsasən tətbiq edilən 3000 manat inzibati cərimə düzgün deyildir. COVİD 19 virusu ilə əlaqədar sahibkarlıq fəaliyyətini həyata keçirə bilməməyi, bundan sonra isə məhdudlaşdırılmış şəkildə həyata keçirməyi sahibkarlıq fəaliyyətini müflis vəziyyətinə gətirmişdir. Həmçinin şikayətçinin vəkili məhkəmə iclasında bildirdi ki, 12.09.2020-ci il tarixdə Chefs Pub adlı obyektdə günorta saatlarında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Rəşad Abbasovun yaxın 6,7 nəfər tanışı olmuş və həmin vaxtda müştəri gəlməmişdir. Həmin restoran saat 19:00-dan sonra fəaliyyət göstərir və hmin xəta haqqında protokol tərtib edilən zaman vəzifəli şəxs statusunda olmamışdır. İnzibati xəta haqqında protokol tərtib edilməsi haqlı olmuş olsaydı belə fiziki şəxs barəsində tərtib edilməli idi. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul edən səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə Çingiz oğlu inzibati xəta haqqında tərtib edilmiş protokol , akt və foto şəkilləri təqdim edərək bildirdi ki, protokol 12.09.2020-ci il tarixdə axşam saatlarında 22:25 radlərində tərtib edilmişdir. İş üzrə sübuti əhəmiyyət daşıyan foto şəkillərdən də protokolun qaranlıq hava şəraitində çəkilməsi məlum olur. Abbasov Rəşad tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD 19 virusu ilə əlaqədar müəyyən etdiyi karantin rejimi qaydaları pozulmaqla inzibati xəta hadisəsi törədilmişdir. İş üzrə şikayətçinin vəsatəti əsasında şahid kimi məhkəmə iclasında izahat verən X10 bidirmişdir ki, Rəşad Abbasov onun dostudur və 12.09.2020ci il tarixdə təxminən 15:00 radələrində digər 6,7 dostları ilə birlikdə Chefs Pub restoranında oturmuşdur. Həmin vaxt orada müştəri olmamışdır. Təxminən saat 18:00-da oranı tərk etmişdir. Orada olarən vergi orqanın bir neçə əməkdaşı restorana daxil olmuş və təxminən 4,5 dəqiqə Rəşad Abbasovla danışdıqdan sonra çıxıb getmişdirlər. Həmçiin izahatında vergi orqanının əməkdaşları getdikdən sonra Rəşad onların axşam gələcəklərini bildirdiyini ona söylədiyini qeyd etmişdir. Ertəsi gün isə Rəşad Abbasovun inzibati qaydada cərimə edildiyini öyrənmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin MN ******* saylı, 24.09.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 saylı Qərarın tələbləri pozulduğuna görə X6 İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Həmin qərar MN № ******* saylı, 12.09.2020-ci il tarixli protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan foto şəkillərdən görünür ki, inzibati xəta haqqında protokol qaranlıq hava şəraitində çəkilmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-nin həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol və akt tərtib edilmiş, foto şəkillər çəkilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol, akt foto şəkil inzibati iş üzrə sübut kimi qəbul edilir. İş materialları ilə şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin MN ******* saylı, 24.09.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar