Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1863/2020 28.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul edilməsi məsələsinə baxaraq MÜƏYYƏN ETDİM : Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin rəis müavini X1 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola görə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Bakı şəhəri 2019-cu il üzrə (illik) 1-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu) №-li forma üzrə rəsmi statistika hesabatı təqdim edilməmişdir. Buna görə də Bakı şəhər Statistika İdarəsi tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxılması üçün təqdim edilmiş müşayiətedici məktub və xx.xx.20200-ci il tarixli MN № ******* saylı protokoldan ibarət inzibati materialı araşdırarkən qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və protokolun surətini inzibati xəta törətmiş şəxsə göndərilməsini təsdiq edən poçt sənədi iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasmın İXM-nin 109.1.6-cı maddəsinə əsasən, məhkəmə inzibati xəta haqqmda işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1863/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1863/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver