Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1864/2024 13.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X8 katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin böyük məsləhətçisi X2, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində sahibkarlıq təaliyyəti ilə məşğul olur. Bununla bağlı barəsində X4 Xidmətinin Bakı şəhəri idarəsinə şikayət dəxil olmuşdur. Araşdırmanın yekun nəticəsi olaraq barəsində NM ******* nömrəli qərar qəbul edilərək 4000 manat məbləğində cərimə sanksiyası tətbiq edilmişdir. Sözügedən qərarı ədalətsiz, işin faktiki hallarına uyğun və əsaslı hesab etmir. Sahibkarlıq fəaliyyətilə 1 ilə yaxındır ki məşğul olur, sahibkar kimi formalaşmamış, böyük bir gəliri də yoxdur, hazırkı cərimə məbləği onun üçün çox böyükdür onu ödəməyə maddi imkanı yoxdur. Özü Bakı şəhərində kirayadə yaşayır, böyük oğlu Bakı Dövlət Universitetində ödənişli əsaslarla təhsil alır, kiçik qızının isə 5 yaşı var. Bundan əlavə sahibkarlıq fəaliyyətinin inkişafı üçün Kapital Bank ASC-dən kredit götürmüş, onun ödəniş öhdəliyi də onun üzərindədir. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi qeyd edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə gürə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iy irmi beş min manatadək məbləğdə cərimə edilir. Normanın tələbindən göründüyü kimi, burada cərimə məbləği 3000 manatdan 5000 manatadək müəyyən edilmişdir. Lakin cərimə tətbiq edildikdə hansı əsasa görə 4000 manat məbləğində cərimə edildiyi əsaslanmamışdır. Məhkəmə iclasında şikayətçi X5 şikayətin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsini və inzibati cərimənin məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquqi İdarəsinin böyük məsləhətçisi X6 şikayət ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, X5 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar dəyişdirilməli və qərar ilə müəyyən edilən inzibati cərimənin məbləği azaldılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, X5 vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, X5 İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. Sözügedən maddənin sanksiyasında cərimə məbləği vəzifəli şəxslər üçün 3000 manatdan 5000 manatadək müəyyən edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Sözügedən maddənin məzmunundan görünür ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilərəkən inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalı idi. Buna baxmayaraq, vəzifəli şəxs X3 ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, məsuliyyətini yüngülləşdirən hallar, əmlak vəziyyəti nəzərə alınmadan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati cərimənin məbləğini yüksək həddə müəyyən edilməklə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olduğu halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməli, X5 barəsində tətbiq edilmiş inzibati cərimənin məbləği azaldılaraq 3000 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması İnzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli, X5 barəsində tətbiq edilmiş inzibati cərimənin məbləği azaldılaraq 3000 manat müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin, X5 barəsində tətbiq edilmiş inzibati cərimənin məbləği azaldılaraq 3000 manat müəyyən olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1864/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1864/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver