Məhkəmə qərarları › İş №3(001)-1868/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1868/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1868/2021 24.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Aznəqliyyatyoltikinti Dövlət Şirkəti Avtomobil Bazasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami RPİ-dən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Aznəqliyyatyoltikinti Dövlət Şirkəti Avtomobil Bazasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 mart 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Aznəqliyyatyoltikinti Dövlət Şirkəti Avtomobil Bazası tərəfindən 18.02.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsinə («ZİL MMZ 554» yük minik markalı, **-JA- *** dövlət qeydiyyat nişanlı) dair inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı 5 gün müddətində sorğu göndərmiş YPŞ-nə göndərməmişdir. Bununla da Aznəqliyyatyoltikinti Dövlət Şirkəti Avtomobil Bazası tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələbləri pozulmuş və 30 mart 2021-ci il tarixdə MMC barəsində AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami RPİ-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, MMC-nin nümayəndəsi və İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 30 mart 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən Aznəqliyyatyoltikinti Dövlət Şirkəti Avtomobil Bazasına nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin DYP Web Portalından çıxarışdan görünür ki, Aznəqliyyatyoltikinti Dövlət Şirkəti Avtomobil Bazasının qeydiyyat ünvanı ünvan 2ikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə aparıla bilər. Azərbaycan Respublikası İXM-in 114.3-cü maddəsinə əsasən baxılması onun səlahiyyətinə aid olmadıqda inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad qəbul edilir. Məhkəmə inzibati xəta törədən hüquqi şəxsin qeydiyyat ünvanın ünvan 3 iş materiallarının Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Aznəqliyyatyoltikinti Dövlət Şirkəti Avtomobil Bazası barəsində tərtib edilmiş protokol ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar