Məhkəmə qərarları › İş №3(001)-1869/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1869/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1869/2020 06.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X10 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X10 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından şikayət verərək sözügedən qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixində ona məxsus Mercedes Benz markalı ** VP *** nömrəli minik avtomobilində Azərbaycan prospekti ilə hərəkət edərkən BDYPİ-nin inspektoru tərəfindən saxlanılmış, avtomobil dayandıqdan sonra yaxınlaşan DYP inspektoru ona məxsus olan nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkildiyini iddia etmişdir. İnspektora etiraz edərək onun avtomobilinin ban şüşələrində qanunla icazə verilməyən örtüklərin olmadığını və bununla bağlı inspektora onun avtomobilinin ban şüşələrini cihaz vasitəsi ilə ölçməsini tələb etmiş, lakin yol patrul buna məhəl qoymayaraq ona protokol tərtib etmişdir. Onun avtomobilə çəkdiyi şüşəni mühafizə edən örtük sürücünün görünüş dairəsini məhdudlaşdırmır və şüşənin şəfaflığını korlamır. Şikayətçi R.Kərimzadə şikayət ərizəsində qeyd edilənlərin nəzərə almaqla təmin edilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPİ-nə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə materialları araşdıraraq hesab edirəm ki, şikayətin qismən təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin polis kapitanı X3 tərəfindən qəbul edilmiş TP №3703739 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X4 idarə etdiyi “Mercedes Benz S320” minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “X9” qanunun tələbini pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 124.2-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Eyni Məcəllənin 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Barəsində inzibati protokol tərtib edilmiş X5 barəsində qərar qəbul edilərkən DYPnə o dəvət olunmamışdır, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin düzgün çəkilib –çəkilmədiyi müəyyən olunmamvş, hansı cihazla ödçmələrin aparıldığı qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Hesab edirəm ki, X4 Bakı şəhər DYPİ-nin polis kapitanı X1 inzibati xəta haqqında iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şikayət qismən təmin edilsin. X2 inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X10 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar