Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1873/2021 04.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının, sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin iştirakı ilə, Barəsində inzibati xəta haqqında haqqında icraat aparılan şəxs (borclu) Şəxs Muxar oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Şəxs Muxar oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən 28.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin qeyd olunan proses iştirakçıları məhkəməyə gəlməmiş, məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatətlə müraciət edilməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən qeyd olunan proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev məhkəmə iclasında bildirmişdir ki, tələbkar X1 şöbəyə 30.04.2021-ci il tarixli ərizə ilə müraciət edərək icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Ona görə də 04.05.2021-ci il tarixdə icra vərəqinin qaytarılması barədə qərar qəbul etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 30.04.2021-ci il tarixli məktubdan görünür ki, icra məmuru Kamran Mirzəyev 20.04.2021-ci il tarixli protokolun baxılmadan geri qaytarılmasını xahiş edir. Belə ki, icra sənədi üzrə tələbkar X1 şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 04.04.2021-ci il tarixli qərarına əsasən Binəqədi rayon Məhkəməsinin 2(001)-5013/2013 saylı, 23.07.2013-cü il taixli icra vərəqəsi qaytarılması müəyyən olunmuşdur. İcra haqqında qanunun 23.1, 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Şəxs Muxar oğlu barəsində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 28.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs Muxar oğlu barəsində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 28.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1873/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1873/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver