Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-188/2024 19.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X7 Xidmətinin nümayəndəsi X6, “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenkonun inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenko ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmşdır ki, DƏMX-in Bakı şəhər İdarəsinin MN ******* nömrəli xx.xx.2023-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarına əsasən guya X3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Belə ki, şikayətçi X4 “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə qəbul edilməmiş, sonuncu həmin şirkətdə işləməmişdir. Kamran Abdullayev iş üçün həmin şirkətə müraciət etmiş, satış təmsilçisi kimi işləyə biləcəyini yoxlamaq üçün və işi öyrənməsi məqsədilə bir neçə gün şirkətə gəlib-getmiş, satış təmsilçisi işinə uyğun olmadığına görə həmin işə götürülməmiş və bu səbəbdən şirkətdən şikayət etmişdir. X2 eyni məzmunlu şikayəti üzrə DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən “X8 Company” MMC hüquqi şəxs kimi xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, məhkəmə iclasında şahid qismində izahatı alınmış X4 bildirmişdir ki, xx.xx.2023-cü ildə "X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə iş üçün müraciət etmiş, ona həmin şirkətdə işlə tanış olması bildirilmiş, iş qabiliyyətini yoxlamaq üçün bir neçə kafe və restorana göndərilmişdir. Bundan sonra ona işə qəbul edilib-edilmədiyi barədə xəbər veriləcəyi deyilmişdir. Lakin sonradan işə qəbul edilmədiyini bildikdə həmin şirkətdən şikayət etmək qərarına gəlmişdir. Buna görə də onunla qonşuluqda yaşayan, həmin vaxt “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi işləmiş X1 onun xeyrinə izahat verməsini xahiş etmiş, sonuncu da əmək müfəttişliyində izahat verərkən guya onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şirkətdə işlədiyini bildirmişdir. O, həmin şirkətdə bölgə meneceri Məmmədəli Talıbovun təklifinə əsasən şirkətə məxsus bir neçə məhsulu kafe və restoranlara təqdim etmiş, məqsəd məhsulu sata bilib-bilməməsini yoxlamaq və işi öyrənmək olmuşdur. Təxminən 10 gün müddətində öyrənmək üçün gündə bir neçə saatlıq ora gəlib-getmişdir. Lakin sonradan ona deyilən şərtlərlə razılaşmadığına görə həmin şirkətdə işləməmişdir. Onun işi öyrənmək üçün işə gəlib-getməsinə görə Məmmədəli Talıbov ona 500 manat pul vermişdir. Hal-hazırda onun "X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən heç bir şikayəti tələbi yoxdur. Odur ki, "X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şirkətdə aparılmış yoxlama zamanı şirkətin sabiq əməkdaşı Mehman Məhərrəmov tərəfindən mənimsəməyə yol verildiyi müəyyən edilmiş və yol verdiyi nöqsanlara görə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu səbəbdən Mehman Məhərrəmov qərəzli olaraq X7 Xidmətinə yalan izahat vermişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola üzrə "X8 Company” MMC-in əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən şikayət verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Bir daha bildirir ki, vətəndaş X4 ilə cəmiyyət arasında heç bir əmək münasibəti olmamışdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X7 Xidmətinin nümayəndəsi X10 bildirmişdir ki, “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenko tərəfindən X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən iş yerinə yetirilməsinə cəlb edilmişdir. “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenko tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-4199/2023 nömrəli qərarı ilə ləğv edilərkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 3(001)-3475/2023 nömrəli qərarına istinad edilmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 3(001)-3475/2023 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən verilmiş apelyasiya şikayəti verildiyi üçün həmin qərar ləğv edilərək iş materialı yenidən araşdırılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-55/2024 nömrəli qərarı ilə “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20000 manat məbləğində inzibati cərimə olunmuşdur. Göründüyü kimi X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenko tərəfindən verilmiş şikayət tam əsassızdır. Odur ki, göstərilənləri nəzərə alaraq “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenko tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və nəticədə “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenko tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 3475/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 4199/2023 nömrəli qərarından görünür ki, “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenko tərəfindən verilmiş şikayət təmin edilmiş və X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və həmin iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-2278/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 3(001)- 3475/2023 nömrəli qərarı ləğv edilərək iş materialı yenidən araşdırılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-2528/2023 nömrəli qərarından görünür ki, şikayət qismən təmin edilmiş və "X8 Company" MMC-nin direktoru Lavrynenko Maksym barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 4199/2023 saylı qərarı ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-55/2024 nömrəli qərarından görünür ki, “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, proses iştirakçısnı dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenko tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 4199/2023 nömrəli qərarı ilə ləğv edilmiş və həmin qərarda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-3475/2023 nömrəli qərarına istinad edilmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 3475/2023 nömrəli qərarı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)- 2278/2023 nömrəli qərarı ilə ləğv edilərək iş materialları yenidən baxılması üçün rayon məhkəməsinə qaytarılmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-55/2024 nömrəli qərarı ilə “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunmuşdur. Göründüyü kimi “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapdığı halda həmin MMC-nin direktoru Maksim Lavrynenko tərəfindən qeyd edilən inzibati xətanın törədilməməsi ilə bağlı ərizəsində qeyd edilənlərin əsassız olduğu müəyyən edilir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenko tərəfindən X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Maksim Lavrynenko tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenko barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əsaslı olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenkonun həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: “X8 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maksim Lavrynenkonun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-188/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-188/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver