Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1887/2023 05.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin X9 İdarəsinin Xüsusi Tağım Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 25 mart 2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 Bakı şəhər BPİ-nin X9 İdarəsinin Xüsusi Tağım Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 25 mart 2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək göstərmişdir ki, Xüsusi Tağım Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən X5 barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı əsassız qərar qəbul edilmişdir.Hal-hazırda, o, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət təqdim etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X9nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 150 (yüz əlli) manat cərimə edilmişdir.O, bildirmişdir ki, **-UC-*** dövlət qeydiyyat nişanlı, BMW 320D minik markalı avtonəqliyyat vasitəsi etibarnamə ilə idarə edir. xx.xx.2023-cü il tarixində Abşeron rayonu üzü 20 yanvar istiqamətində hərəkətdə olarkən onu saxla əmri verilmiş, o, nəqliyyat vasitəsini qırağa çəkib saxladıqdan sonra onun nəqliyyat vasitəsində “Speyser” olduğu bildirilmişdir.Onun nəqliyyat vasitəsinə heç bir baxış, servis rəyi olmadan onun barəsində İXM 342.2.3-cü maddəsi ilə protokol tərtib edilmişdir.O, bunun qanunsuz olduğunu, ona məxsus nəqliyyat vasitəsində İXM 342.2.3-cü maddəsinin tələblərini pozan heç bir əlavə avadanlığın olmamasını bildirsə də, nəqliyyat vasitəsi cərimə meydançasına aparılmışdır.O, nəqliyyat vasitəsini cərimə meydançasında olarkən avtomobilində olan speyserləri çıxardıb (bu zaman maddi ziyan dəyib) xx.xx.2023-cü il tarixində BMW Azərbaycanın rəsmi servis mərkəzi olan improtex Motorsa aparmışdır.Nəqliyyat vasitəsinə quraşdırılmış Speyserin qanuni olması və Speyserlər quraşdırılmış halda təkərlərarası baza və təkər (təkər düsturunun) bucaqlarının ölçüləri yoxlanıldıqdan sonra norma daxilində olması barədə akt tərtib olunmuşdur. Qeyd olunanlara əsasən X2 Bakı şəhər BPİ-nin X9 İdarəsinin Xüsusi Tağım Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş icraata xitam verilməsinə və ona vurulan maddi mənəvi ziyana görə YPX- nin əməkdaşına ciddi töhmət verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsində göstərilənləri nəzərə alaraq, Xüsusi Tağım Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 25 mart 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ona vurulan maddi-mənəvi ziyana görə YPX-nin əməkdaşına ciddi töhmət verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş qərarı qəbul etmiş İdarənin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, qarşı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, həmin şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında 25 mart 2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X5 nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də o, 150 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan İmprotex Motors MMC tərəfindən vətəndaş Fuad Qurbanova ünvanlanmış sorğuya cavab məktubunda göstərilmişdir, BMW 320 markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin speyserlər quraşdırılmış halda asqısının həndəsi ölçülərinin yoxlanılmasında zavod normativlərinə tam uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Xüsusi Tağım Yol Patrul Xidmətinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir.Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 83cü maddəsinin İİİ bəndinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində X3 idarə etdiyi avtomobilə onun iştirakı olmadan, mütəxəssis və ya ekspert dəvət olunmadan baxış keçirilmiş, baxış keçirilməsi barədə akt tərtib olunmamış və barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur.Həmçinin, iş materiallarında olan İmprotex Motors MMC tərəfindən vətəndaş Fuad Qurbanova ünvanlanmış sorğuya cavab məktubunda göstərilmişdir, BMW 320 markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin speyserlər quraşdırılmış halda asqısının həndəsi ölçülərinin yoxlanılmasında zavod normativlərinə tam uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 barəsində inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edildiyindən, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, onun barəsində Bakı şəhər BPİ-nin X9 İdarəsinin Xüsusi Tağım Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ-nin X9 İdarəsinə göndərilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, şikayətçiyə vurulan maddi-mənəvi ziyana görə YPXnin əməkdaşına ciddi töhmət verilməsi barədə qərar çıxarılması üçün kifayət qədər hüquqi əsaslar olmadığına görə həmin hissədə şikayət təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ-nin X9 İdarəsinin Xüsusi Tağım Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 25 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİnin X9 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1887/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1887/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver