Məhkəmə qərarları › İş №3(001)-1894/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1894/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1894/2023 11.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (şikayətçi) X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş MN ******* saylı, MN ******* saylı, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə şikayətini və iş materiallarını Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (şikayətçi) X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş MN ******* saylı, MN ******* saylı, MN ******* saylı qərarların ləğv edilməsi barədə şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında bir neçə qərardan bir yerdə şikayət verildiyindən və şikayət vermə müddəti keçdiyindən və şikayət vermək üçün prosessual müddətin bərpası barədə vəsatət şikayətə əlavə olunmadığından şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayətin surətinə və şikayətə əlavə edilmiş qərarlara əsasən məlum olur ki, həmin qərarlar 2021-ci il tarixdə qəbul olunmuşdur, şikayətçi X2 isə həmin qərarlardan təxminən 2 il keçdikdən sonra şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.Həmçinin, şikayətçi inzibati xəta haqqında qərarı rəsmi qaydada gec almasına dair sübutu (poçt sənədini və ya digər sənədi) şikayətinə əlavə etməmiş, həmçinin, inzibati xəta haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti şikayətinə əlavə etməmişdir.Belə olan halda hesab edirəm ki, şikayət vermək üçün prosessual müddət ötürülmüşdür və həmin şikayətə baxıla bilməz, buna görə də, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bundan başqa, şikayətçi 3 müxtəlif inzibati xəta haqqında qərardan bir yerdə şikayət vermişdir, halbuki İnzibati Xətalar Məcəlləsində bir neçə inzibati xəta haqqında qərardan bir yerdə şikayət verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1; 127-6.1-ci və 130-137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (şikayətçi) X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş MN ******* saylı, MN ******* saylı, MN ******* saylı qərarların ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Şikayətçiyə izah olunsun ki, qeyd olunan qusurları aradan qaldırdıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar