Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-19/2024 17.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 17 oktyabr 2023cü il tarixli, EQ 17521848 saylı inzibati xəta haqqında qərarın ləğv olunması barədə şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 17 oktyabr 2023cü il tarixli, EQ 17521848 saylı inzibati xəta haqqında qərarın ləğv olunması barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı –Şamaxı Yevlax yolunun 25.2-ci km Yevlax istiqamətində KİA SORENTO minik markalı, ** DU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət surətini 11km/saat həddində aşdığı üçün təyin olunan 300 AZN-lik cərimənin səbəbini öyrənmək istədikdə onun avtomobilinin sürücülük vəsiqəsi olmayan biri tərəfindən idarə olunduğu əsas gətirilərək cərimənin bu qədər böyük olduğunu ona bildirmişdirlər.Qərarın nömrəsi: EQ 17521848 Şikayətçi göstərmişdir ki, avtomobili o, canlı etibarnamə kimi yanında oturaraq dayısı X4 həvalə etmişdir.Yəni onun avtomobili sürücülük vəsiqəsi olan şəxs tərəfindən idarə olunmuşdur.Belə ki, həmin vaxt o da avtomobildə olmuşdur. Şikayətçi yuxarıda göstərilənləri nəzərə alaraq bu məsələnin yenidən araşdırılmasını və onun adına yazılan cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və şikayətçi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən şikayətçi və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 17 oktyabr 2023-cü il tarixli, EQ 17521848 saylı inzibati xəta haqqında qərarına əsasən məlum olur ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə- on manat məbləğində, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə- əlli manat məbləğində, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə- iki yüz manat məbləğində, yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə - üç yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 17 oktyabr 2023-cü il tarixli, EQ 17521848 saylı inzibati xəta haqqında qərarına əsasən məlum olur ki, X6 yol hərəkəti haqqında qaydaları pozduğuna, yəni surət həddini aşdığına görə onun barəsində əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə- on manat məbləğində, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə- əlli manat məbləğində, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə- iki yüz manat məbləğində, yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə - üç yüz əlli manat məbləğində cərimə edilir.Şikayətçi məhkəmə iclasında inzibati xəta törətməməsi barədə heç bir tutarlı sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 17 oktyabr 2023-cü il tarixli, EQ 17521848 saylı inzibati xəta haqqında qərarın ləğv olunması barədə şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 17 oktyabr 2023cü il tarixli, EQ 17521848 saylı inzibati xəta haqqında qərarın ləğv olunması barədə şikayət rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-19/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-19/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver