Məhkəmə qərarları › İş №3(001)-190/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-190/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-190/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliy Məhkəmə iclas katibi X1 Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ağdam rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİ: Şəxs 19.02.2021-ci il tarixli EQ5695039 qərar üzrə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsində təqsirli bilinib 50 manat cərimə edilmişdir. Həmin protokolu icra etmədiyi üçün onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə 19.02.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində tərtib edilmiş yuxarıda göstərilən həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallar AR DİN Ağdam Rayon Polis Şöbəsi tərəfindən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İşdən görünür ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, AR İXM-nin 103.1-ci maddəsinə görə inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin qanunvericiliyin tələbləri pozularaq inzibati xəta haqqında protokol məhkəməyə vaxtında göndərilməmişdir. Digər tərəfdən Şəxs tərəfindən qeyd edilən 19.02.2021-ci il tarixli EQ5695039 nömrəli qərardan icraatıma şikayət daxil olmuşdur. İcra edilməyən EQ5695039 saylı qərarın Şəxs tərəfindən mübahisələndirilməsi hazırki protokola baxılmasını mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini tələbləri pozulduğundan və təqdim edilmiş materiallar natamam olduğundan onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37 və 109 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta üzrə protokol Ağdam rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar