Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1902/2020 06.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsiilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, № 00100-1118/20 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-nin ünvanına 94494200 nömrəli vaqonla daxil olmuş yüklərin **********58 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətrilməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük oranlarına elektron formada qısa idxal bəyannaməsi yüklər xx.xx.2020-ci il tarixdə saat 14:29 radələrində olkə ərazisinə daxil olduqdan sonra həmin tarixdə saat 14:44 radələrində gömrük orqanına elektron formada göndərilmişdir. Belə ki, Gömrük Prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/015508 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına ******* nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 94494200 nömrəli vaqonla Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2020-ci il tarixdə saat 14:29 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük Kəsik ” gömrük postundan keçməklə Azərbaycan Respublikası Gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş ürə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 94494200 nömrəli vaqonla göndərilmiş mallar Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elekton formada qısa idxal bəyannaməsi verilməmişdir.**********4820 sorğu nömrəli qısa idxal bəyannaməsi yüklər xx.xx.2020-ci il tarixdə saat 14:29 radələrində ölkə ərazisinə daxil olduqdan sonra həmin tarixdə saat 14:44 radələrində gömrük orqanına elektron formada göndərilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/015508 saylı xx.xx.2020-ci il tarixli raport, **********9158 nömrəli gömrük bəyannaməsi, Gömrük Xidmətinin “X1 sistemi” informasiya resursundan “Malın çatdırılması və başaldılması”na dair çıxarış və “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokol, hüquqi şəxsin nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirdi ki, şirkətin ünvanına xx.xx.2020-ci il tarixdə 94494200 nömrəli vaqonla gətirilmiş yüklər Bakı Baş gömrük İdarəsində **********9158 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətrilənədək verilməsi ilə bağlı bildirmək istəyirəm ki, göndərilən şirkət tərəfindən sənədlər gec göndərilmişdir. Gömrük qaydalarını pozduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin və MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli № 00100-1118/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin rəisi Gömrük xidməti polkovniki Gündüz Əliyev tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanan xx.xx.2020-ci il tarixində 34/012/015508 saylı raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 94494200 nömrəli vaqonla yüklərə **********9158 saylı GB ilə bəyan edilməmişdir. İdxaltçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********158 saylı bəyannamənin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarında olan Gömrük Xidmətinin X1 Sistemi iformasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən Şəxs MMC tərəfindən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirməzdən əvvəl qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü “X1 Sistemi” informasiya resursuna baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, «informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan» görünür ki, Şəxs MMC-nin ünvanına 94494200 nömrəli vaqonla göndərilmiş mallar Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elekton formada qısa idxal bəyannaməsi verilməmişdir.**********4820 sorğu nömrəli qısa idxal bəyannaməsi yüklər xx.xx.2020-ci il tarixdə saat 14:29 radələrində ölkə ərazisinə daxil olduqdan sonra həmin tarixdə saat 14:44 radələrində gömrük orqanına elektron formada göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC -nin etibarnəmə üzrə nümayəndəsi X4 Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 şöbəsinin baş təhqiqatçısi, gömrük xidməti baş leytenantı X2 tərəfindən sorğu-sual edilmiş, izahatında Şəxs MMC-nin etibarnəmə üzrə nümayəndəsi X4 izahatında bildirdi ki, şirkətin ünvanına xx.xx.2020-ci il tarixdə 94494200 nömrəli vaqonla gətirilmiş yüklər Bakı Baş gömrük İdarəsində **********9158 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətrilənədək verilməsi ilə bağlı bildirmişdir ki, göndərilən şirkət tərəfindən sənədlər gec göndərilmişdir. Gömrük qaydalarını pozduğunu qəbul etmişdir.İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. Bununlada şirkətin Azərbaycan Respublikası İXM-in 485.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 920 saylı Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə aparılmışaraşdırma zamanı müəyyən etmişdir ki, MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesabedir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131, 485.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə № № 00100-1118/20 saylı protokol üzrə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1902/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1902/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver