Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1903/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 07 fevral 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 07 fevral 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Republikası Baş X8 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2020-ci il tarixli EQ ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Bildirir ki, həmin inzibati xəta onun tərəfindən deyil başqa şəxs tərəfindən törədilmişdir. Belə ki, "Mercedes Benz C 220 CDİ minik" markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobil 01 dekabr 2018-ci il tarixli, 6103 reyestr nömrəli etibarnamə ilə, onun istifadəsinə verilmiş, o isə bir gün sonra Azərbaycan Republikası Baş X8 İdarəsində həmin avtomobili lizinq şirkətinin adına keçirmişdir. Daha sonra lizinq şirkəti avtomobilə ** PC *** dövlət qeydiyyat nişanı alıb başqa şəxsin istifadəsinə vermişdir. Həmin şəxs də yuxarıda göstərilən inzibati xətaları törətmiş, lakin cərimələr sistemdə onun adına yazılmışdır. O, həmin qərarları yalnız xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Əlavə olaraq bildirir ki, 01 dekabr 2018-ci il tarixli, 6103 reyestr nömrəli etibarnamənin müddəti xx.xx.2019-cu il tarixə kimi etibarlı olmuşdur. Əgər avtomobili lizinq şirkətinin adına keçirməsə belə inzibati cərimələr onun adına yazıla bilməz. Çünki inzibati cərimələr etibarnamənin vaxtı bitdikdən sonra törədilib. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş 07 fevral 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 07 fevral 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN Baş X8 İdarəsindən xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş «Mercedes Benz C220 SDİ minik” markalı 90PC566 dövlət qeydiyyat nişanlı avtomobilə dair çıxarışdan görünür ki, X3 həmin avtomobilə dair sərəncam hüququ ilə etibarnamə 01 dekabr 2018-ci il tarixdə verilmiş, 03 dekabr 2018-ci il tarixdə isə həmin avtomobil alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətinə keçmiş və həmin nəqliyyat vasitəsinə AD359192 nömrəli qeydiyyat şəhadətnaməsi, **-PC-*** dövlət qeydiyyat nömrəsi verilmişdir. X3 verilmiş etibarnamə xx.xx.2019cu il tarixdən qüvvədən düşmüşdür. Beləliklə, işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, şikayət verən X4 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat cərimə edilsə də, onun inzibati xətanın törədildiyi vaxt «Mercedes Benz C220 SDİ minik” markalı 90PC566 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 07 fevral 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən inzibati xətanın törədildiyi vaxtda «Mercedes Benz C220 SDİ minik” markalı 90PC566 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi düzgün müəyyən etməli, nəticəsindən asılı olaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 07 fevral 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1903/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1903/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver