Məhkəmə qərarları › İş №3(001)-1905/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1905/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1905/2024 19.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəmənin icraatına daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Şəxs nümayəndəsi və vəkili “De Fendo” Vəkil Bürosunun vəkili X4 izahatında bildirmişdir ki, 90PE859 dövlət qeydiyyat nişanlı, “Vaz 21723 minik” markalı nəqliyyat vasitəsini Şəxs MMC-nin əməkdaşı X5 idarə edir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq Baş X10 İdarəsinə həmin nəqliyyat vasitəsinin sürücüsü barədə rəsmi məlumat verilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədə adı qeyd olunmuş “Elnur” adlı şəxs Şəxs MMC-nin əməkdaşı deyildir. Həmin xəbərnamədə qeyd olunan telefon nömrəsi də ona aiddir. Həmin şəxs X2r, "xxxx" MMC adlı cəmiyyətin əməkdaşı olmuşdur. Ümumiyyətlə, hazırki protokolun tərtib edilməsinə səbəb olmuş sorğudan onların xəbəri olmamış, yalnız iş məhkəməyə daxil olduqdan sonra məlumatları olmuşdurlar. Şəxs MMC ilə Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsinin inzibati binası bitişik binalardır. İş məhkəməyə daxil olduqdan sonra əlaqə saxlamışlar və Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsindən sorğuya cavabın yenidən təqdim olunması bildirilmiş, onlar da təkrar olaraq yenidən məlumatları Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsinə təqdim etmişdirlər. Ümumiyytlə cəmiyyətin balasnsında 30-da çox nəqliyyat vasitəsi vardır və hər nəqliyyat vasitəsinin kimin idarəetməsində olması barədə hər il Baş X10 İdarəsinə məlumatlar təqdim edilir. Qeyd edilən nəqliyyat vasitəsinin X5 tərəfindən idarə edilməsi barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli Azərbaycan Respubliası Daxili İşlər Nazirli Baş X10 İdarəsinin rəisi polis general mayoru Ramiz Zeynalovaun adına məlumatlar ünvanlanmışdır. Cəmiyyətin rəhbəri Həmzə Zeynalovdur. Lakin iş materiallarına əlavə edilmiş poçt qəbzinin kötüyündə məktubun “Seyidova” soyadlı şəxs tərəfindən qəbul edildiyi edildiyi göstərilsə də, etibarnamə ilə verildi qrafasında “***- ***-**-** nömrəsi ilə Elnurla əlaqə saxlanaraq məlumat verildi” qeydi göstərilmişdir. Həmin qəbzdə olan “Seyidova” adlı şəxsin kim olmasından hər hansı məlumatlatı yoxdur və cəmiyyətdə qeyd edilən soyadlı hər hansə şəxs çalışmır. Qeyd etdiyi kimi, məktubun poçtla göndərilməsinə belə ehtiyac yoxdur. Cəmiyyətin hüquqi ünvanı qeyd etdiyi kimi Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsinin inzibati binasının yanında yerləşir. Onlara bu barədə hər hansı məlumat təqdim edilsəydi onlar yenidən qeyd edilən məlumatları təqdim edirdilər. Odur ki, hazırki protokolun tərtib edilməsinə səbəb olmuş sorğu Şəxs MMC-yə çatdırılmamışdır. Qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs MMC-yə sorğu rəsmi şəkildə təqdim olunmuşdur, lakin cəmiyyət tərəfindən 5 gün müddətində səlahiyyətli orqanın sorğusuna cavab verilməmişdir. Odur ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin İXM-nin 347ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 90PE859 dövlət qeydiyyat nişanlı, “Vaz 21723 minik” markalı nəqliyyat vasitəsini idarə etmiş sürücü barədə məlumatlar verilməməsinə görə İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. SX008233244AZ şrtix kodlu “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, sorğu şəxsən “Seyidova” soyadlı şəxsə təqdim edilmiş, etibarnamə ilə verildi qrafasında isə “***-***-**-** Elnurla əlaqə saxlanıldı məlumat verildi” qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli “Hüquqi şəxsə məxsus nəqliyyat vasitəsinin sürücüsü barədə” məlumat verilməsinə dair ərizədən görünür ki, 90PE859 dövlət qeydiyyat nişanlı, “Vaz 21723 minik” markalı nəqliyyat vasitəsinin X5 tərəfindən etibarnamə əsasında idarə edilməsi ilə bağlı AR DİN Baş X10 İdarəsinin rəisi polis general mayoru Ramiz Zeynalovun adına ərizə ünvanlanmış və həmin ərizəyə etibarnamənin surəti, sürücülük vəsiqəsinin surəti, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti reyestrdən çıxarışın surəti əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Hüquqi şəxsə məxsus nəqliyyat vasitəsinin sürücüsü barədə” məlumat verilməsinə dair ərizədən görünür ki, 90PE859 dövlət qeydiyyat nişanlı, “Vaz 21723 minik” markalı nəqliyyat vasitəsinin X5 tərəfindən etibarnamə əsasında idarə edilməsi ilə bağlı AR DİN Baş X10 İdarəsinin rəisi polis general mayoru Ramiz Zeynalovun adına ərizə ünvanlanmış və həmin ərizəyə etibarnamənin surəti, sürücülük vəsiqəsinin surəti, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti reyestrdən çıxarışın surəti əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Məhkəmə ilk növbədə iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. İXM-nin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki halda iş materiallarına qeyd olunan sorğunun Şəxsnə çatdırılması öz təsdiqini tapmır. SX008233244AZ şrtix kodlu “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamə isə qanunvericiliyin tələblərinə uyğun təqdim olunmadığından, həmçinin həmin xəbərnamadə sorğunun konkret Şəxs MMC-nin hansı səlahiyyətli şəxsi tərəfindən qəbul edilməsi müəyyən edilmədiyindən sözügedən xəbərnamə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC tərəfindən 90PE859 dövlət qeydiyyat nişanlı, “Vaz 21723 minik” markalı nəqliyyat vasitəsinin X5 tərəfindən etibarnamə əsasında idarə edilməsi ilə bağlı xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə AR DİN Baş X10nə məlumatlar təqdim edilmişdir. Odur ki, 90PE859 dövlət qeydiyyat nişanlı, “Vaz 21723 minik” markalı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barəsində məlumatların təqdim edilməsinə dair səlahiyyətli orqanın sorğusunun Şəxs MMC-nin ünvanına çatdırılması öz təsdiqini tapmadığından, habelə AR DİN Baş X10 İdarəsində həmin nəqliyyat vasitəsinin etibarnamə əsasında kim tərəfindən idarə edilməsi barədə məlumat mövcud olduğundan hazırki halda hüquqi şəxsin İXM-nin 347-ci maddəsi ilə təqsiri bilinməsi yolverilməzdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-nin 347-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar