Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1912/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 26506720 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 26506720 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 26506720 nömrəli qərarına əsasən İXM-in 327.1-1-ci maddəsilə 100 manat cərimə ilə tənbeh edilmişdir. Hesab edir ki, həmin qərar tamamilə əsassız və qanunsuzdur. Belə ki, elektron kabinetinə yerləşdirilmiş fotoşəkillərin heç birində onun özünə məxsus avtomobillə (“Ford Fiesta” markalı, 90SJ567 dövlət qeydiyyat nişanlı) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etdiyi görsənmir. Bundan başqa həmin yol ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş olsa da, həmin yolun bütöv və ya qırıq-qırıq xətli olduğunu müəyyən etmək mümkün deyildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin, yerləşdirilmiş fotoşəkildən aydın görünür ki, avtomobili şəkildə tam görsənməyən yol nişanından əvvəldədir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununa əsasən yol nişanlarının təsiri onların quraşdırıldığı yerdən başlayır və ən yaxın yolayrıcına və ya nişanın qüvvəsinin başa çatdığı yerə qədər davam edir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət verən X2 və Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinə təkrarən məlumat verilsə də, G.Qurbanova məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, qərarından şikayət verilmiş orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təkrarən təmin etməmişdir. Məhkəmə şikayətə X1 və Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 26506720 nömrəli qərarından görünür ki, “Ford Fiesta minik” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bililib 100 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci ildə saat 14:18-də həmin avtomobillə Moskva prospekti Rəşid İsmayılov küçəsi Biləcəri enişi ünvanda 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda (həmin zolaqda) hərəkət etmişdir. Azərbaycan Respublikası DİN Baş X5 İdarəsindən məhkəməyə təqdim edilmiş xüsusi texniki vasitə ilə çəkilmiş videodan görünür ki, “Ford Fiesta minik” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 xx.xx.2025-ci ildə saat 14:18-də Moskva prospekti Rəşid İsmayılov küçəsi Biləcəri enişi ünvanda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 48-ci maddəsinin İV hissəsinə görə 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. 81-ci maddəsinə görə bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Çünki, həmin qanunla 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti qadağan olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Baş X5 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 26506720 nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Baş X5 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 26506720 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1912/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1912/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver