Məhkəmə qərarları › İş №3(001)-1913/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1913/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1913/2023 18.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiarkı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, əməlindən peşmandır, məsuliyyətsizlik və diqqətsizlik edərək belə bir səhvə yol vermişdir. Belə ki, qardaşı ilə 02 bakal pivə içmiş, yaşadığı ev yaxın olduğundan sərxoş vəziyyətdə evə getmək istəmişdir. Lakin yolda YPX əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşı sənədlərini tələb etdiyi zaman ondan spirtli içki qəbul edib-etməməsini soruşmuşdur. O da könüllü olaraq spirtli içki qəbul etdiyini bildirmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, evlidir və himayəsində 2 qız övladı vardır. Sürücülük hüququ məhdudlaşdırıldığı halda qazanc əldə edə biləcəyi hər hansı bir məşğuliyyətinin olmadığını bildirmişdir. Onu da bildirmişdir ki, qeyd edilən inzibati xətanı axşam evinə gedərkən törətmiş, taksi fəaliyyəti ilə məşğul olduğu zaman daşıdığı məsuliyyətin ciddiliyini dərk edərək, heç bir zaman belə hərəkətlərə yol verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatətlə müraciət etməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddələrinə əsasən İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40-da “X1 minik” markalı 77DZ705 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyindən barəsində İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli “Sərxoşluq vəziyyəti müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etməsi müəyyən edilmiş və özü də izahatında spirtli içki qəbul etməsini təsdiq etmişdir. “AzeMis” informasiya sistemindən olan çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü iki qız övladı vardır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Qeyd edilən inzibati xətanın Şəxs tərəfindən törədilməsi iş materialları və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə öz təsdiqini tapır. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini həll edilərkən onun taksi fəaliyyəti ilə məşğul olduğundan sürücülük hüququ məhdudlaşdırıldığı halda faktiki olaraq qazancsız qalacağını, bu halın isə himayəsində olan iki azyaşlı övladının həyat şəraitinə mənfi təsir göstərəcəyini hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddələrinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır İXM-nin 333.1-ci maddələsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs səmimi peşmançılığını, himayəsidə iki övladının olmasını, törətmiş olduğu xətanın xarakterini nəzərə alaraq, Şəxs İXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddələrində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar