Məhkəmə qərarları › İş №3(001)-1914/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1914/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1914/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X3 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nörməli qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə X3 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nörməli qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayətin məzmunundan və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nörməli qərardan görünür ki, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi yardım Mərkəzi” publik hüquqi şəxsin direktoru X5 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə (işçinin əmək haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi) cərimə növündə tənbeh edilmişdir. Belə olan halda aydın olur ki, sözügedən inzibati xətanın törədildiyi yer “Respublika Təcili və Təxirəsalınmaz Tibbi yardım Mərkəzi” publik hüquqi şəxsin hüquqi ünvanının olduğu yerdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə olan halda aydın olur ki, X2 şikayətlə inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə müraciət etməli, şikayətinə yaşayış yeri üzrə baxılmasını istədiyi halda isə şikayətə buna dair vəsatət əlavə etməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməli idi. Mövcud halda, X5 şikayətə yaşayış yeri üzrə baxılmasını istədiyinə dair vəsatət əlavə etmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nörməli qərardan verdiyi şikayət geri qaytarılsın. X4 izah edilsin ki, sözügedən şikayətlə inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar