Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1917/2020 06.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs nümayəndəsi X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, №00100-0681/20 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, olan Şəxs MMC-nin ünvanına Gürcüstandan XK247KX/BS847 nömrə nişanlı avtomaşınla daxil olmuş yüklərə xx.xx.2020-ci il tarixdə Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarında baxış keçirilmişdir. Baxış zamanı həmin yük avtomaşını ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********4318 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində qeyd olunan DL-SF-014/2020-21 nömrəli, xx.xx.2020-ci il tarixli invoys sənədinin 6-cı mal mövqeyində 1 yer, 150 qutu “Espa 20 mg” dərman preparatı göstərildiyi halda 2 yer, 300 qutu, yəni 1 yer, 150 qutu, hər birində 28 həb olmaqla, üzərində “ESPA-20” yazısı olan dərman preparatları aşkar edilmişdir. Həmçinin həmin yükün sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna aid tərtib olunmuş **********0280 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində qeyd olunan 1 ver, 150 qutu “Espa 20 mq” dərman preparatının göstərilmədiyi müəyyən edilmişdir. Araşdırılması aparılan 00100-0681/20 saylı inzibati xəta haqqında iş üzrə malın əmtəəşünaslıq ekspertizası keçirilməsi zərurivvəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan 1 ver, 150 qutu, hər birində 28 həb olmaqla, üzərində “ESPA-20” yazısı olan dərman preparatlarının xx.xx.2020-ci tarixə orta bazar qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/0xxxx/003779 nömrəli xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 9/1500 savlı xx.xx.2020-ci il tarixli məhkəmə ekspertizası rəyində ekspertiza tədqiqatına təqdim edilmiş Türkiyədə istehsal olunmuş, 1 qutu üzərində “ESPA20 20 mq 28 tablets” markalanma göstəricisi olan dərman preparatının xx.xx.2020ci il tarixə Respublika daxili orta bazar qiyməti təxminən 25,62 manat, 150 qutunun qiyməti isə 3843,00 manat müəyyən edildiyi qeyd edilmişdir. Bununla da,Şəxs MMC Gürcüstandan XK247KX/BS847 nömrə nişanlı avtomaşınla idxal etdiyi və faktiki olaraq avtomaşında 2 ver, 300 qutu “Espa 20 mq” dərman preparatı olduğu halda, orta bazar qiyməti 3840 manat olan 1 ver 150 qutu “Espa 20 mq” dərman preparatını gömrük orqanına düzgün bəyan etməyərək İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X6 izahatında, Şəxs MMC-nin ünvanına Gürcüstandan XK247KX/BS847S nömrə nişanlı avtomaşın ilə daxil olmuş və **********4318 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda, sonradan isə **********0280 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə sərbəst dövrüyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən dərman preparatlarından əlavə **********4318 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən DL-SF-014/2020-21 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin 6-cı mal mövqeyində 1 ver, 150 qutu “Espa 20 mg” dərman preparatı göstərildiyi halda 2, ver 300 qutu, yəni 1 ver 150 qutu, hər birində 28 həb olmaqla üzərində Espa -20 mq yazısı olan dərman preparatlarının aşkar edilməsi ilə bağlı bildirir ki, qısa idxal bəyannaməsində və heç bir mal müşayiət sənədində qeyd edilməyən yükləri Şəxs MMCdən sifariş edilməyib, həmin mala görə ödəniş olunmamışdır. Həmin artıq olan mal müşayiət sənədində qeyd edilmədiyindən onlar da onu istər müvəqqəti saxlancda istərdə sərbəst dövrüyyə üçün buraxılış gömrük proseduru altında bəyannamələrdə qeyd etməmişlər. Baxış zamanıda göndərilən sənədlərlə biz bəyannamə tərtib edərək bəyan etmişik. Bizdə olan məlumatara əsasən mallar Gürcüstanda maşına yüklənərkən fəhlələr səhv etmişlər. MMC göndərilən yükləri mal-müşayiət sənədləri əsasında gömrük bəyannaməsi tərtib etdirmişdir. Gömrük qaydalarının qəsdən pozulmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli №00100-0681/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsinin rəisi gömrük xidməti polkovniki Elmir Həsənov tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan görünür ki, BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin şöbəsi tərəfindən ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin Gürcüstan Respublikasından XK247KX/BS847S nömrə nişanlı avtomaşınla daxil olmuş yüklərə 7.04.2020-ci il tarixdə Şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən anbarında baxış keçirilmişdir. Baxış zamanı həmin yük avtomaşını ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********4318 sorğu nömrəli, xx.xx.2020-ci tarixli gömrük bəyannaməsində qeyd olunan DL-SF-014/2020-21 nömrəli, xx.xx.2020-ci il tarixli invoys sənədinin 6-cı mal mövqeyində 1 yer, 150 qutu “Espa 20 mq” dərman preparatı göstərildiyi halda 2 yer, 300 qutu, yəni 1 yer, 150 qutu, hər birində 28 həb olmaqla, üzərində “Espa-02” yazısı olan dərman preparatları aşkar edilmişdir. Həmçinin həmin yükün sərbəst dövrüyyə üçün buraxılış gömrük proseduruna aid tərtib olmuş **********0280 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyənnaməsində qeyd olunan 1 yer, 150 qutu “Espa 20 mg” dərman preparatının göstərilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X7 Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X5 şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X2 tərəfindən sorğu-sual edilmiş, izahatında Şəxs MMC-nin ünvanına Gürcüstandan XK247KX/BS847S nömrə nişanlı avtomaşın ilə daxil olmuş və **********4318 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda, sonradan isə **********0280 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə sərbəst dövrüyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən dərman preparatlarından əlavə **********4318 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən DL-SF-014/2020-21 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin 6-cı mal mövqeyində 1 yer, 150 qutu “Espa 20 mg” dərman preparatı göstərildiyi halda 2, yer 300 qutu, yəni 1 yer 150 qutu, hər birində 28 həb olmaqla üzərində Espa-20 mq yazısı olan dərman preparatlarının aşkar edilməsi ilə bağlı bildirilmişdir ki, qısa idxal bəyannaməsində və heç bir mal müşayiət sənədində qeyd edilməyən yükləri Şəxs MMC-dən sifariş edilməyib, həmin mala görə ödəniş edilməyib. Həmin artıq olan mal mal-müşayiət sənədində qeyd edilmədiyindən onlar da onu istər müvəqqəti saxlancda istər də sərbəst dövrüyyə üçün buraxılış gömrük proseduru altında bəyannamələrdə qeyd etməmişlər. Baxış zamanıda göndərilən sənədlərlə biz bəyannamə tərtib edərək bəyan etmişik. Bizdə olan məlumatara əsasən mallar Gürcüstanda maşına yüklənərkən fəhlələr səhv etmişlər. MMC göndərilən yükləri mal-müşaviət sənədləri əsasında gömrük bəyannaməsi tərtib etdirmişdir. Gömrük qaydalarının qəsdən pozulmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 8/1500 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Türkiyədə istehsal olunmuş, 1 qutu üzərində “Espa20 20 mq 28 tablets” markalanma göstəricisi olan dərman preparatının xx.xx.2020-ci il tarixə Respublika daxili orta bazar qiyməti təxminən 25,62 manat, 150 qutunun qiyməti isə 3843,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Məhkəmə aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törədilmişdir. Məhkəmə MMC-nin nümayəndəsinin özünü təqsirli bilməməsinə tənqidi yanaşır və bunu məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131, 482.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xx xxxx 2020-ci il tarixli, №00100-0681/20 saylı protokol üzrə 3843 manatın 30 faiz miqdarında yəni, 1153 (bir min yüz əlli üç) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1917/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1917/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver