Məhkəmə qərarları › İş №3(001)-1917/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1917/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1917/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 22959565 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: İşin faktiki halları:

1. Məhkəmənin icraatına X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 22959565 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Məhkəmənin əsaslandırması və mövqeyi:

2. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır.

3. Belə ki, verilmiş şikayətdən və ona əlavə edilmiş materialdan müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, EQ/ 22959565 nömrəli inzibati tənbeh vermə haqqında qərar hazırkı material üzrə şikayət vermiş şəxs X2 barəsində deyil, nəqliyyat vasitəsinin istifadəçisi X4 adlı şəxs barəsində qəbul edilmişdir. Belə olan halda aydın olur ki, qeyd olunan qərardan şikayət vermək hüququ X3 məxsus olmalıdır. Çünki Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 22959565 nömrəli inzibati tənbeh vermə haqqında qərar X4 barəsində tərtib edilmiş, eləcə də iş materiallarında X1 barəsində tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi olmasını təsdiq edəcək heç bir sübut aşkar edilməmişdir.

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən aydın olduğu kimi, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan şəxslərin dairəsi imperativ qaydada göstərilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan subyektlərin dairəsi ilə yanaşı faktiki olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları müəyyən edilmişdir. Göründüyü kimi, X2 mübahisələndirilən qərardan şikayət vermiş olsa da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsi ilə müəyyən edilən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan şəxs deyildir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 22959565 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır.

6. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X6 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

7. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq,

qərara aldım:

X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 22959565 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar