Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1925/2020 23.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərənəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: xx xxxx 2020-ci il tarixdə Bakı şəhəriBinəqədi Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki,Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İş materiallarına əlavə edilmiş Kommersiya qurumlarının məlumatları haqqında dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı AZ 1003, ünvan 1 a-dır. Belə olan halda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi sözügedən inzibati xəta haqqında protokolla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə deyil, aidiyyətı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sözügedən inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilsə də, həmin işə baxılması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi hakiminin səlahiyyətinə aid deyil. Beləliklə də, təsvir olunanlarla əsasən məhkəmə hesab edir ki, Bakı şəhəriBinəqədi Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola baxılması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi hakiminin səlahiyyətinə aid olmadığından baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı 0256185saylı inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-1925/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1925/2020
23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver