Məhkəmə qərarları › İş №3(001)-1932/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1932/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1932/2020 06.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ «Şəxs» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün «Şəxs» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, № 00100-1310/20 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, «Şəxs» MMC (VÖEN:**********) xx xxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3345 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş Çin Xalq Respublikasından 250OUB05/10MS05 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halada,**********4743 sorğu nömrəli qısa idxal bəyannaməsini mallar xx xxxx 2020-ci il tarixdə saat 22:07-də Qərb Ərazi Baş Gömrük X3 Ticarət Limanı gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirdikdən sonra xx.xx.2020-ci il tarixdə saat 10:59-də gömrük orqanına elektron formada verərək həmin malları Azərbaycan Respubikasının gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Nəticədə «Şəxs» MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/016558 saylı xx.xx.2020-ci il tarixli raport, **********3345 sorğu nömrəli gömrük bəyannaməsi, Gömrük Xidmətinin “X1 sistemi” informasiya resursundan çıxarışlar və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs” MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahatında bildirdi ki, göndərən şirkət mallara dair sənədləri vaxtında təqdim etməmişdir. Bu səbəbdən də **********345 sorğu nömrəli gömrük bəyannaməsi ilə edilən yüklərə dair qısa idxal bəyannaməsi gecikdirilərək verilmişdir.Gömrük qaydalarını pozduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin və MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli № 00100-1310/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadından görünür ki, «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin rəisi Gömrük xidməti polkovniki Gündüz Əliyev tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanan xx.xx.2020-ci il tarixində 34/012/016858 saylı raportdan görünür ki, «Şəxs» MMC-nin ünvanına xx.xx.2020-ci il tarixdə 250OUB05/10MSA05 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********3345, **********3323, **********3354, **********3360 **********3334, **********3366, **********3376 sorğu nömrəli GB ilə bəyan olunan yüklər üçün qısa idxal bəynnaməsi tərtib olunmamışdır. İş materiallarında olan Gömrük Xidmətinin X1 Sistemi iformasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X4 şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik leytenantı X2 tərəfindən «Şəxs» MMC tərəfindən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirməzdən əvvəl qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü “X1 Sistemi” informasiya resursuna baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, «informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan» xx xxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********9156 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş Çin Xalq Respublikasından 250OUB05/10MS05 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halada ,**********4743 sorğu nömrəli qısa idxal bəyannaməsini mallar xx xxxx 2020-ci il tarixdə saat 22:07-də Qərb Ərazi Baş Gömrük X3 Ticarət Limanı gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirdikdən sonra xx.xx.2020-ci il tarixdə saat 10:59-də gömrük orqanına elektron formada verərək həmin malları Azərbaycan Respubikasının gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, «Şəxs» MMC nin etibarnəmə üzrə nümayəndəsi X5 Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X4 şöbəsinin böyük təhqiqatçısi, gömrük xidməti polkovnik leytenantı X2 tərəfindən sorğu-sual edilmiş, izahatında “Şəxs” MMC-nin etibarnəmə üzrə nümayəndəsi X5 izahatında bildirdi ki, göndərən şirkət mallara dair sənədləri vaxtında təqdim etməmişdir. Bu səbəbdən də **********345 sorğu nömrəli gömrük bəyannaməsi ilə edilən yüklərə dair qısa idxal bəyannaməsi gecikdirilərək verilmişdir. Gömrük qaydalarını pozduğunu qəbul etmişdir. Gömrük qaydalarını pozduğunu qəbul etmişdir.İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Şəxs» MMC-nin Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. Bununlada şirkətin Azərbaycan Respublikası İXM-in 485.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs «Şəxs» MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 920 saylı Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə aparılmışaraşdırma zamanı müəyyən etmişdir ki, MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesabedir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131, 485.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: «Şəxs» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə №00100-1310/20 saylı protokol üzrə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar