Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1933/2022 14.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında çıxış edərək iş yükünün çox olması səbəbi ilə xaricdə emal ixrac proseduru altında müddətin uzadılması üçün müvafiq qaydada gömrük orqanına müraciət edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, kompressorların təmir üçün göndərildiyi zavoddan avadanlıqların təmirinin ən tez xx.xx.2022-ci il tarixdə mümkün olacağı bildirilmişdir. O, məhkəmədən qeyd edilənləri nəzərə alaraq inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş protokolda Şəxs MMC tərəfindən xaricdə emal müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq **********3234 sorğu nömrəli gömrük bəyənnaməsi ilə bəyan edilmiş 375 kq, 3 ədəd istehsal tarixi xx.xx.2007 və xx.xx.2012-ci il tarixli mühərrik həcmi 0 sm3 olan **********0B, **********, A/A1743776 nömrəli Furuvvaka nişanlı hidravlik qazma avadanlığının kompressor yüklərinin xaricdə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının ərazisindən kənara aparılması xaricdə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bğlı gömrük orqanına müraciət edilməmiş, törətdiyi inzibati xətanı davam etdirmişdir. Bu fakta görə xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********3234 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda yerləşdirilmiş malların emal müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. İş materiallarında olan protokoldan məlum olur ki, Şəxs MMC-nin nümayəndəsi inzibati xəta törətdiklərini səmimi olaraq etiraf etmişdir. İş materiallarından görünür ki, Furuwaka nişanlı hidravlik qazma avadanlığı adlı seriya № **********B, № ********** və № AİA1743776 olan kompressorlar yükünün xx.xx.2022-ci il tarixdə **********3234 sorğu nömrəli gömrük bəyannaməsi lə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilərkən invoys dəyəri 9000,00 ABŞ dolları, Azərbaycan manatına münasibətdə isə 15300,00 (on beş min üç yüz) manat təşkil edirdi, belə ki, sözügedən tarixdə 1 (bir) ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi 1,7000 manat təşkil edirdi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs AZİNTERPARTLAYİŞ-X” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC barəsində, törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 15300 (on beş min üç yüz) manatın qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən faizi miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 15300 (on beş min üç yüz) manatın otuz faizi miqdarında, 4590 (dörd min beş yüz doxan) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1933/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1933/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver