Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1936/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Borclu Şəxs, X1 iştirakları ilə, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6970/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu "xxxx" MMC tərəfindən tələbkar X4 xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma üçün əmək haqqı, 2019-cu ilin iyun ayından xx.xx.2020-ci il tarixədək işlədiyi dövrt üçün əmək haqqı və 2019-2020-ci illərdə "xxxx" MMC-də işlədiyi dövrdə istifadə olunmamış məzuniyyətlər görə kompensasiya ödənilməlidir. Borclu bu günə qədər borcunu ödəməmişdir. Borclu icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs verdiyi izahatında bildirmişdir ki, hüquqi şəxsin borcları olduğu və sifarişçilərin ödənişlər etməyi gecikdirdiyini nəzərə alaraq məhkəmə qərarının üzürlü səbəbdən icra edilə bilmədiyini bildirmişdir. 01 ay müddətində hissə-hissə olmaqla məhkəmə qərarının ödənilməsinə çalışacağını bildirərək ona vaxt verilməsini bu mümkün olmadıqdan isə inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Borclu məhkəməyə verdiyi izahatında bildirmişdir ki, icra sənədinin icrasını tələb edir. Xəstə həyat yoldaşının olduğunu və maddi çətinliyə görə onun müalicəsini apara bilmədiyini qeytd etmişdir. Məhkəmədən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə ağır inzibati tənbeh tətbiqinin tətbiqini xahiş edir. "xxxx" MMC-nin rəhbərinin icra sənədinin icrasından qəsdən yayındığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə iclasının icra məmurunun iştirakı olmadan keçirilməsi məqəsəmüvafiq hesab edimişdir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru əvvəlki iclaslarda məhkəməyə verdiyi izahatında bildirmişdir ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. Lakin o bildirmişdir ki, hazırda hüquqi şəxsin ödəmə qabiliyyəti yoxdur. İcra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün icra məmuruna verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, icra sənədi barədə borcluya məlumat verilən gündən məhkəmə qərarının icrası istiqamətində heç bir addım atılmaması hüquqi şəxsin rəhbətinin məhkəmə qərarının icrasından yayınması kimi qiymətləndirilməlidir., İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin aşağı həddində cərimə verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1936/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1936/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver