Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1937/2023 08.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4, zərər çəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X9 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-329/2022-013 nömrəli icra sənədinə əsasən borclu Şəxs 41230 manat pul vəsaiti və 124 manat dövlət rüsumunun tutularaq tələbkar X1 xeyrinə ödənilməsi ilə bağlı icraata başlanılmışdır. Həmin tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Daha sonra borclu Binəqədi rayon Məhkəməsinin 2(001)-329/2022 saylı qətnaməsinin icra edilməsinə möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Binəqədi rayon Məhkəməsinin 8(001)-756/2022 saylı qərardadı ilə Şəxs ərizəsi təmin edilməmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Binəqədi rayon Məhkəməsinin 3(001)-3974/2022 saylı qətnaməsindən ilə Şəxs 500 manat cərimə edilmişdir. Borclunun adına hər hansı bir bankda pul vəsaiti və yaxud ölkə ərazisində daşınmaz əmlak aşkar edilməmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-175/2023 saylı qərarı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Qətnamə qanuni qüvvəsini aldığı andan bugünkü günədək borclu tərəfindən cəmi 2000 manat vəsait tələbkara ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmədən Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında bildirmişdir ki, Binəqədi rayon Məhkəməsinin 3(001)-3974/2022 saylı qətnaməsindən 1 ildən artıq müddət ötməsinə baxmayaraq Şəxs məhkəmə qətnaməsini icra etməkdən yayınmış, 41354 manat pul vəsaitindən cəmi 2000 manat ödəniş etmişdir. Borcunun tam şəkildə ödənilməsini tələb etdiyini bildirərək məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 329/2022-013 nömrəli icra sənədinə əsasən 41230 manat pul vəsaiti və 124 manat dövlət rüsumunun tərəfindən X2 ödəməli olduğunu və qətnamənin icra edilməsini zəruriliyinin fərqinə vardığını bildirmişdir. Lakin hazırda imkanı olmadığından borcunu ödəyə bilmədiyini, yalnız hissə-hissə ödəniş edə bilməyinin mümkün olduğunu, xx.xx.20211-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il tarixli X10 adlı iki övladının olduğunu, övladı Əşrəfin atası Amilin himayəsində, qızı Rqayənin isə ozünün himayəsində olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq qətnamənin hissə-hissə icrası ilə əlaqədar iş üzrə məhkəmə qərarının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 olan 39230 manat borcunu tam şəkildə ödəmədiyinə görə Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin e-2(001)-329/2022 saylı xx.xx.2022-ci il nömrəli icra sənədindən görünür ki, Şəxs 41230 manat miqdarında pul vəsaiti və 124 manat dövlət rüsumu tutularaq X2 ödənilməlidir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası barədə bildirişi imza etməklə qəbul etmişdir. Binəqədi Rayon Məhkəməsinin 01.1.2022-ci il tarixli, 8(001)-756/2022 saylı qərardadından görünür ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 329/2022 saylı qətnaməsinin icra edilməsinə möhlət verilməsinə dair Şəxs ərizəsi təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, e-2(001)-329/2022 saylı xx.xx.2022-ci il nömrəli icra sənədinə əsasən Şəxs X2 41230 manat borcunu və 124 manat dövlət rüsumunu ödəmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-3974/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-175/2023 saylı qərarından görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin e-2(001)-329/2022 saylı xx.xx.2022-ci il nömrəli icra sənədi tam icra edilənədək Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. "xxxx" MMC-nin ********* nömrəli mədaxil qəbzindən, X17 filialının 10482 və 11063 nömrəli qəbzlərindən görünür ki, Şəxs tərəfindən hər qəbz üzrə 500 manat olmaqla, ümumilikdə 1500 manat ödəniş edilmişdir. AZMİS elektron çıxarışdan görünür ki, Şəxs xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X12 adlı övladları var. AZ-H seriyalı 384980 nömrəli, 16 iyun 2010-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X5 atası X8, anası isə Şəxsdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin e-2(001)-329/2022-013 saylı xx.xx.2022-ci il nömrəli icra sənədinə əsasən 41230 manat pul vəsaiti və 124 manat dövlət rüsumunun tutularaq X1 xeyrinə ödənilməli olduğu halda, Şəxs tərəfindən hal-hazırda 39230 manat vəsait hələ də X2 ödənilməmişdir. İş materiallarından da göründüyü kimi Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-3974/2022 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Hazırda da həmin icra sənədi üzrə Şəxs borcunu və qeyd edilən dövlət rüsumunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsindən 1 il müddət keçmədiyindən, qanuni qüvvəyə minmiş qərara əsasən tərtib edilmiş icra sənədinə əsasən borcunu ödəmədiyindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin hissə-hissə icra edilməsinə dair verdiyi izahatına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair məhkəmə qərarı olmadığı təqdirdə şəxsin icra sənədini hissə-hissə etməyi qərara alması Şəxs icra sənədi üzrə borcun tam ödənilməsindən imtina edilməsi üçün əsas olmamaqla barəbar, icra sənədinin icra edilməsindən qərəzli olaraq yayınma olaraq qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, Şəxs zərər çəkmiş şəxslə icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi barədə razılığa gələrək icra orqanını xəbərdar etməklə borcun hissə-hissə ödənilməsi həyata keçirə bilərdi. Hazırkı iş üzrə isə zərər çəkmiş şəxsin borcunu tam şəkildə tələb etməsi, həmçinin icra sənədi üzrə borcun hissə-hissə ödənilməsinə dair məhkəmə qərarının olmaması ona dəlalət edir ki, Şəxs tərəfindən icra sənədindəki tələb üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməkdədir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam olaraq sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqələri, bildirişlər, özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halın isə olmamasını, İXMnin 30.2-ci maddəsinə əsasən himayəsində 13 yaşında qız övladının olduğundan barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin mümkünsüzlüyünü, cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İXM-in 31.5-ci maddəsinə əsasən şəxsin inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 31.2, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1937/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1937/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver