Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1938/2023 18.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X5in nümayəndəsi X2 iştirakı ilə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X7i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X7i barəsində İXM-in 496.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, “Xüsusi gömrük prosedurları" şöbəsindən daxil olmuş 34/012/010662 saylı xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda AZ1117, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X5 ünvanına Çexiyadan "TATRA T815 markalı özü boşaldan ağır texnikanın ehtiya hissələri" yükü xx.xx.2022-ci il tarixli **********8564 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların müvəqqəti saxlanc müddətinin bitdiyi, lakin "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X7 tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsinin həyata keçirilmədiyi qeyd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, AZ1117, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X7 xx.xx.2022-ci il tarixli **********8564 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirmə üçün bəyan etməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X5in nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Belə ki, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X5 adına Çexiyadan "TATRA T815 markalı özü boşaldan ağır texnikanın ehtiya hissələri" yükü daxil olmuşdur. "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X7 xx.xx.2022-ci il tarixli **********8564 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirmə üçün bəyan etməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X7i barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq hazırda həmin malların rəsmiləşdirildiyini, işğaldan azad edilmiş ərazilərdə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" PHŞ-nin irimiqyaslı layihələr həyata keçirdiyindən, X5 maliyyə vəsaitinin böyük hissəsinin həmin bölgələrdə aparılan işləri yekunlaşdırmağa ayrıldığını, ona görə də X5 vəsaiti digər işlərə ayırdığından həmin malları nəzərdə tutulmuş müddət ərzində rəsmiləşdirməmişlər. Belə ki, həmin malların rəsmiləşdirilməsi prosessi zamanı müvafiq ödənişlər edilməli olduğundan, X5 qeyd olunan rəsmiləşdirmə prosesini gecikdirməklə müəyyən zaman qazanaraq maliyyə vəsaitini digər layihələri yekunlaşdırmaq istiqamətində istifadə etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X7i İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin "X1 Sistemi" (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********8564 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" PHŞ tərəfindən təmin edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan **********8564 sorğu nömrəli xx.xx.2022-ci il tarixli Gömrük bəyannaməsindən görünür ki, gömrük orqanına “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X7i tərəfindən Çexiya Respublikasından ünvanına gələn mallara dair gömrük bəyannaməsi verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli “Malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, **********8564 sorğu nömrali xx.xx.2022-ci il tarixli gömrük bəyannamələrində qeyd edilən "Müvəqqəti Saxlanc” gömrük prosedurunda olan mallar hal-hazırda istifadə edilmədən olduğu kimi saxlanılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X5in nümayəndəsi X4 məhkəməyədək araşdırma dövründə verdiyi izahatındandan görünür ki, aparılan “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" PHŞnin ünvanına daxil olmuş **********8564 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş sözügedən mallar ünvan 3 ünvanında yerləşən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" PHŞ-nin anbarında istifadə edilmədən saxlanılır. Bildirmişdir ki, həmin malları tezliklə qanunamüvafiq qaydada rəsmiləşdirmək niyyətindədirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X5in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, işdə olan hüquqi şəxsin nümayəndəsinin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 496.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsini həyata keçirməyərək, müvafiq gömrük və vergi ödənişlərini etməmiş, maliyyə vəsaitini digər layihələrinin icrasının yekunlaşdırılması məqsədi ilə istifadə etmişdir. Bununla da “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"nin digər layihələrinin həyata keçirilməsi faktiki olaraq rəsmiləşdirilməli mallarını rəsmiləşdirmədən X5 digər layihələrdən əldə edəcəyi qazancı təmin etmək üçün üçün, yəni hüquqi şəxsin mənafeyini qorumaq üçün inzibati xətanın törədilməsi təsdiqini tapdığından məhkəmə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməli olması qənaətinə gəlir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X7i barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə iclasında “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X5in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallarlar müəyyən edilmədi. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" X7i İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1938/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1938/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver