Məhkəmə qərarları › İş №3(001)-1941/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1941/2020

23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1941/2020 23.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və x3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Əmək və x3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş 09.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş məhkəmənin CMS “AZEMİS” Elektron Məhkəmə İnformasiya sisteminin “Vergi ödəyicilərinin məlumatları”na dair portal çıxarışından və iş materiallarından görünür ki, Şəxs (VÖEN **********) hüquqi ünvanı ünvan 1 yerləşir. Göründüyü kimi, Şəxs hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonunda yerləşdiyindən, cəmiyyət tərəfindən törədilməsi ehtimal edilən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta da məhz həmin ərazidə baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Belə olan halda, Azərbaycan Respublikasının Əmək və x3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə deyil, İXM-in 110-cu maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməli idi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və x3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin DYPŞ tərəfindən Şəxs barəsində tərtib edilmiş 09.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 112 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikasının Əmək və x3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin DYPŞ tərəfindən Şəxs barəsində tərtib edilmiş 09.07.2020ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar