Məhkəmə qərarları › İş №3(001)-1947/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1947/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1947/2022 15.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi Şəxs nümayəndəsi X3 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında çıxış edərək tərəflərindən heç bir hüquq pozuntusu törədilmədiyini bildirərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş protokolda Şəxs MMC tərəfindən gömrük ödənişlərinin ödənilməsindən 1159.87 manat məbləğində yayınıldığı qeyd edilmişdir. Bu fakta görə xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi vardır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan əməliyyat tətqiqat idarəsinin rəisi tərəfindən tərtib edilmiş raporta əsasən "AZKO FOOD” MMC TƏRƏFİNDƏN **********6578 NÖMRƏLİ xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi ilə bəyan edilən xurma yükünün netto çəkisinin 22100 kq deyil, 23122 kq olduğu, yəni 1022 kq artıq olduğunun müəyyən edildiyi və 1159.87 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayındığı göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs “AZKO FOOD" MMC İran İslam Respublikasından X7 İnternational Co şirkəti tərəfindən 65AA615/65AA616 nömrə nişanlı yük avtomaşınında 000978 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********6578 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsində 3630 qutu netto çəkisi 22100 kq bəyan edilən xurma yükünə xx.xx.2022-ci il tarixdə Xocasən gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük bəyannaməsi ilə bəyan etdiyi zaman malların netto çəkisini düzgün bəyan etməyərək ödənilməli olan: idxal gömrük rüsumu üzrə 487.34 manat və əlavə dəyər vergisi üzrə isə 672.53 manatdan ibarət olmaqla cəmi 1159.87 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin Vahid X1 informasiya resursundan hüquqpozma faktlarının qeydiyyatında dair çıxarışa əsasən “AZKO FOOD" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan xəta ilk dəfə törədildiyi müəyyən edilir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi X5 Portalına məxsus mədaxil orderindən görünür ki, “AZKO FOOD" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinin hesabına 1159.87 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən isə Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hazırki işdən görünür ki, Şəxs MMC ilk dəfə olaraq az miqdarda inzibati xəta törətmiş və törətmiş olduğu xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən əvvəllər İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş xəta törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokolla müəyyən edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin vurulmuş ziyanı ödədiyindən inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 55, 114-115 və 505-ci-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs MMC tərəfindən vurulmuş 1159.87 (min yüz əlli doqquz manat səksən yeddi qəpik) manat məbləğində ziyan ödənildiyindən inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar