Məhkəmə qərarları › İş №3(001)-1949/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1949/2020

23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1949/2020 23.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru x5, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs x2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu, Basqal kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, E.Babayev 13 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 23.07.2020-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru x6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli, 2(004)-2508/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı x2 iddia ərizəsi təmin edilmiş, cavabdeh Şəxs 06 avqust 2014-cü il təvəllüdlü x8 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılmış, 06 avqust 2014-cü il təvəllüdlü x1 üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq x3 ödənilməsi və 06 avqust 2014-cü il tarixdə doğulmuş x8 yetkinlik yaşına çatanadək müalicə xərcləri üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 80 (səksən) manat cavabdeh Şəxs tutularaq iddiaçı x3 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli, 2(004)-2508/2019 nömrəli icra sənədi üzrə borcunu tam icra etmədiyindən hazırkı günə kimi 2320 (iki min üç yüz iyirmi) manat aliment borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli, 2(004)-2508/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı x2 iddia ərizəsi təmin edilmiş, ondan övladı x8 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılmış, x1 üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment ondan tutularaq x3 ödənilməsi və x8 yetkinlik yaşına çatanadək müalicə xərcləri üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 80 (səksən) manat ondan tutularaq iddiaçı x3 ödənilməsi qət edilmişdir. O, indiyədək aliment borcundan müəyyən ödənişlər etmişdir. Lakin o, son zamanlar maddi imkanı olmadığı və işləmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs x4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli, 2(004)-2508/2019 nömrəli qətnaməsinə əsasən onun iddia ərizəsi təmin edilmiş, cavabdeh Şəxs övladı x8 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq x1 üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq ona ödənilməsi və x8 yetkinlik yaşına çatanadək müalicə xərcləri üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 80 (səksən) manat cavabdeh Şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırki günə Şəxs ona 2320 (iki min üç yüz iyirmi) manat aliment borcu yaranmışdır. Şəxs bu günə kimi ona cəmin 320 manat ödəniş etmişdir. O, Şəxs aliment borcunu tələb edir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli, 2(004)- 2508/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı x2 iddia ərizəsi təmin edilmiş, cavabdeh Şəxs 06 avqust 2014-cü il təvəllüdlü x8 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılmış, 06 avqust 2014-cü il təvəllüdlü x1 üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq x3 ödənilməsi və 06 avqust 2014-cü il tarixdə doğulmuş x8 yetkinlik yaşına çatanadək müalicə xərcləri üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 80 (səksən) manat cavabdeh Şəxs tutularaq iddiaçı x3 ödənilməsi qət edilmişdir. 15.07.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs aliment borcunu ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. 23.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli, 2(004)-2508/2019 nömrəli qətnaməsi üzrə icra vərəqəsini icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs adına borcunun əmlakına yönəldilə biləcək qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları yoxdur. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və vəkilin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli, 2(004)-2508/2019 nömrəli icra vərəqəsini heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Şəxs yaranmış aliment borcunu imkanı olmadığından ödəyə bilmədiyini qeyd etsə də, məhkəmə bu halı üzrlü səbəb hesab etmir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 iyul 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının DİN-nin Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar