Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1951/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulması ilə bağlı xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Tərtib edilmiş sözügedən protokol ilə razılaşmayaraq məhkəməyə müraciəti etmə zərurəti yaranmışdır. X6 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 11 noyabr 2021-ci il tarixindən etibarən sözügedən şəxs 30 mart 2022-ci il tarixinədək əmək fəaliyyətinə davam etmişdir. Əmək fəaliyyətində olduğu dövr ərzində sözügedən şəxs sürücü vəzifəsində fəaliyyət göstərmişdir. X4 müəssisə tərəfindən müəyyən edilmiş əmək haqqı və s. ödənişlər tam olaraq vaxtlı vaxtında ödənilmişdir. Həmçinin tərəflər arasında imzalanmış müqaviləyə xitam verilən zaman X4 ödənilməli olan əmək haqqı, son haqq-hesab və işdən çıxma ərizəsinin bir nüsxəsi təqdim edilmişdir. Bu barədə ərizə sözügedən şəxs tərəfindən 30 mart 2022-ci il tarixdə imzalanmışdır. Lakin sözügedən şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət edilərək və yalan məlumatlar verərək guya onların İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozduqlarını, fəaliyyətlərinin qanunamüvafiq olmadığını bildirmişdir. Bir digər hal isə ondan ibarət olmuşdur ki, səlahiyyətli orqan tərəfindən işi faktiki halları araşdırılmada və hər hansı bir mötəbər sübutlar olmadan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulması ilə bağlı xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulması ilə bağlı xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində araşdırma aparılan zaman barəsində icraat aparılan şəxsin sübutlar təqdim etməsinə, öz fikir və mülahizələrini bildirməsinə və sair hərəkətlərin yerinə yetirilməsinə şərait yaradılmadan cəmiyyətin direktorunun və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədən icraat aparılaraq inzibati tənbeh tətbiqetmə haqqında qərar qəbul edilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən barəsində icraat aparılan şəxsə başlanmış icraat, eləcə də hansı inzibati xətaya dair icraatın aparılması və aparılan icraat üzrə hüquq və vəzifələri vaxtında bildirilməlidir. Qeyd olunan halın baş verməsi isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 icraatda iştirak etmək, etiraz etmək, icraatla tanış olmaq, hər hansı sübut təqdim etmək və digər bu kimi hüquqlarının pozulması deməkdir ki, bu da öz növbəsində səlahiyyətli vəzifəli şəxsin inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən şəxsi iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla onun hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini göstərir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1951/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1951/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver