Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1960/2025 10.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2, X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına X3 Arif oğlu tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, hatsan markalı, 12 kalibirli 743586 №-li yivsiz lüləli ov tüfəngi onun qanuni istifadəsindədir və o, xx.xx.2025-ci il tarixdə ov silahını yoxlamaq məqsədi ilə Qaradağ rayonu, Göy zavod adlanan ərazinin dəniz istiqamətində öz avtomobili ilə getmişdir. Avtomobildən enmiş, 3 ədəd gilizi silaha qoyduqdan sonra həmin ərazidə olan tanımadığı bir balıqçı ona bildirmişdir ki, burada silahdan atəş açmaq olmaz. O, qayıdıb avtomobilinə oturub evə getmək istəyən vaxt tanımadığı 3 nəfər mülki geyimli şəxslər ona arxadan yaxınlaşıb, ani bir anda silahını əlindən almışlar. Onlardan kim olduqlarını soruşduqda onlar bildirmişlər ki, AR Ekologoya və Təbii Səvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin əməkdaşlarıdır. Sonradan onlarla maraqlanıb AR Ekologoya və Təbbi Səvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinə getmişdir. Orada bildirmişlər ki, sən qanunsuz ov etmisən, sənin barəndə protokol tətib olunacaq və sən 1000 manat məbləğində cərimə olunacaqsan. O, bildirmişdir ki, heç bir ov etmədiyi halda ona protokol tərtib edilə bilməz. O sadəcə həmin günü quş ovlamaq üçün deyil, silahını yoxlamaq üçün həmin əraziyə getmişdir, maşınına geri qayıdan zaman isə onu tutub heç bir icazə olmadan qanuni istifadəsində olan silahını əlindən almışlar. Lakin bu onların xoşuna gəlməmiş və barəsində xx.xx.2025-ci ildə 89071 saylı akt tərtib etmişdirlər. Aktda qeyriqanuni olaraq qeyd etmişlər ki, guya o, həmin günü digər tanımadığı şəxslərlə həmin ərazidə olmuş və külli miqdarda qaşqaldaq ovlamışdır. Təkrar qeyd edir ki, o, aktda qeyd edilən şəxsləri tanımır və həmin günü ümumiyyətlə ov etməmişdir. Ona görə də, tərtib edilmiş protokol və onun əsasında çıxarılmış qərar qanunsuzdur və əsassızdır. Məhkəmə iclasında iştirak edən X3 Arif oğlu şikayətin dəlillərini müdafiə edərək, barəsində qəbul edilmiş MN seriyalı ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ərazidə yoxlama keçirilmiş, əraziyə daxil olan zaman silah səsləri eşidilmiş, həmin ərazidə bir neçə şəxsin ov etməsi faktı aşkar edilmiş və həmin şəxslərin ov silahları əllərindən alınaraq, qanuna müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Vətəndaşın silahı yoxlamaq iddiası yalandır, çünki həmin ərazi onun yaşadığı ərazidən təxminən 50 km aralıda yerləşir, vətəndaş silahı yaşadığı yerə yaxın ərazidə də yoxlaya bilərdi. Bundan əlavə olaraq qeyd edir ki, vətəndaş aşkar olunan zaman ov silahı onun çiynində açıq formada olunmuşdur. Protokol tərtib olunan zaman da o, əməlini etiraf etmiş və hadisəni bilmədən törətdiyini qeyd etmişdir. Şikayətçi tərəfindən şikayət ərizəsində göstərilən dəlillər əsassızdır. Göstərilən xüsusatları nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: MN seriyalı ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən İXM-in 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. MN seriyalı ******* nömrəli, 20 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 həmin tarixdə Qaradağ rayonu, 29 km, Xəzər dənizi sahilində ov silahı ilə qanunsuz ov etmək istəyərkən saxlanılmışdır və nəticədə İXM-nin 272-1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 20 fevral 2025-ci il tarixli, 89071 nömrəli aktdan görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu, 29 km, Xəzər dənizi sahilində reyd keçirilən zaman “Haksan 5565” 081021 nömrəli ov silahı və 3 ədəd patron götürülmüşdür. X4 tərəfindən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, Qaradağ rayonu, 29 km, Xəzər dənizi sahilinə ov silahını yoxlamaq məqsədilə gəldiyini, ondan 3 ədəd zavod istehsalı olan p sintetin patron və sildırım (Haksan 5565/081021) nömrəli 5 atılan ov silahının götürüldüyünü, ərazinin strateji yer olduğunu bilmədiyini və səhvini bilmədən etdiyini bildirmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli foto-şəkillərdən görünür ki, ərazidə aşkar olunmuş şəxslərin çiynində açıq şəkildə ov silahı olmuşdur. Beləliklə, məhkəmə iclasında X2 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı çəkilmiş foto-şəkillər və inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X4 xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, 29 km, Xəzər dənizi sahilində ov silahı ilə qanunsuz ov etmək istəyərkən saxlanılmışdır. X2 barəsində inzibati xəta haqqında protokol tərtib olunan zaman 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində verdiyi izahatdan görünür ki, o, törətdiyi inzibati xətanı etiraf edir və əməli bilməyərəkdən törətdiyini qeyd edir. Təqdim edilmiş fotoşəkillərdə də müşahidə edilmişdir ki, X2 çiynindəki ov silahı açıq şəkildədir. Göstərilənlərdən aydın olur ki, X4 İXM-in 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X2 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1960/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1960/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver