Məhkəmə qərarları › İş №3(001)-1962/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1962/2020

23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1962/2020 23.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X1, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Şəxs sanitariya-gigiyena və karantin rejimlərin pozulmasına görə onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 14:30-da Ə.Naxçıvani 26 ünvanında xüsusi karantin rejimini pozaraq parkda icazəsiz hərəkət edərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 14:30-da Ə.Naxçıvani 26 ünvanında yerləşən parkda müvafiq icazəsi olmadan xüsusi karantin qaydalarını pozaraq, Nazirlər kabinetinin operativ qərargahının “Korona virusun” ölkə ərazisi hüdudlarında yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi karantin rejiminin tələblərini kobud surətdə pozulması aşkar edildiyi üçün məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesndə inzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanında anası ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixində təxminənən 14:30 radələrində o, dayısıgildə qonaq olarkən Xətai RPİ-nin əməkdaşları Binəqədi rayonu Ə.Naxçıvani 26 ünvanında dayısı evinə özlərini bələdiyyə nümayəndəsi kimi təqdim edib, qanunsuz olaraq, heç bir sənəd təqdim etmədən daxil olub, qollarını evdəcə qandallayıb Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə təhvil verib getmişdilər. Daha sonra 5-ci Polis Bölməsinin əməkdaşları dindirilməsi üçün onu X3 üzrə istintaq idarəsinə aparmışlar, orada yazılı ifadə verdikdən sonra 5-ci Polis Bölməsinə gətirmişlər. O, karantin qaydalarını pozmamış, heç bir nizibati xəta törətməmişdir. Bu halı təsdiq edən videomüşahidə kameralarının görüntüsü və ya digər sübut yoxdur. O, məhkəmədən barəsində inzibati tənbehüzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil Şəxs ifadəsini təsdiq etdiyini, onun əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tərkibi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Anar Seyidova 5-ci PB-nin polis sahə inspektoru polis kapitanı Kamran Hüseynzadə tərəfindən yazılan xx.xx.2020-ci il tarixli raportdan aydın olur ki, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində, «Həyat» Şadlıq evinin qarşısında bir nəfər şəxsin karantin rejimi qaydadlarını pozaraq, hüquq pozuntusu törətdiyini aşkar etmişlər. Həmin şəxsə yaxınlaşaraq, onu PBnə dəvət etmişlər. Polis Bölməsində onun, xx.xx.1985-ci il təvəllüdlü, Şəxs olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, MN №0681806 saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, AZA № 000854 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Hesab edirəm ki, Şəxs sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Şəxs sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan inzibati xəta olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs özünü təqsirli bilməməsinə məhkəmə tənqidi yanaşır və bu halı inzibati məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati həbs növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əəsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən saat 14:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar