Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1963/2025 19.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Babaşov Seymur Firuz oğlunun inzibati tənbeh vermə haqqında qərarlardan (cəmi 5 qərar) verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Babaşov Seymur Firuz oğlunun inzibati tənbeh vermə haqqında qərarlardan (cəmi 5 qərar) verdiyi şikayət daxil olmuşdur. Şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, inzibati xətaların törədildiyi yerlər Bakı şəhərinin ayrı-ayrı rayonlarının ərazilədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə olan halda aydın olur ki, Babaşov Seymur Firuz oğlu sözügedən şikayətlə hər bir inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə müraciət etməli, şikayətinə yaşayış yeri üzrə baxılmasını istədiyi halda isə şikayətə buna dair vəsatət əlavə etməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməli idi. Mövcud halda, Babaşov Seymur Firuz oğlu şikayətə yaşayış yeri üzrə baxılmasını istədiyinə dair vəsatət əlavə etmədən Bakı şəhərinin ayrı-ayrı rayon məhkəmələrinin səlahiyyətinə aid olan işlər üzrə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Vətəndaş Babaşov Seymur Firuz oğlunun inzibati tənbeh vermə haqqında qərarlardan (cəmi 5 qərar) verdiyi şikayət geri qaytarılsın. Babaşov Seymur Firuz oğluna izah edilsin ki, sözügedən şikayətlə hər bir inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1963/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1963/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver