Məhkəmə qərarları › İş №3(001)-197/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-197/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-197/2023 26.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X3 iştirakı ilə, X3 Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in inzibati tənbeh vermə haqqında 05 oktyabr 2022-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X5 məhkəməyə müraciət edərək, Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in 05 oktyabr 2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qaldığı üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 3(001)-3151/2022 saylı qərarı ilə Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 3(001)-3151/2022 saylı qərarından apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini, barəsində tərtib edilmiş protokolun ləğv edilməsini və **-PH-*** dövlət qeydiyyat nişanlı Priusun sürücüsü hadisənin səbəbkarı olaraq tanınmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 3(001)-3151/2022 saylı qərarı ləğv edilməklə iş yenidən baxıılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşin halları ilə bağlı qeyd edir ki, o, xx.xx.2022-ci il tarixdə səhər saat 08:00-da Azadlıq prospekti ilə şəhər istiqamətindən gəlib Hollivud şadlıq sarayının qarşısından sola, üzü Binəqədi rayon İcra Hakimiyyətinə tərəf istiqamətdə **- MM-*** dövlət nişanlı avtomobilini idarə edərək sola dönmüş, dönən tək o, olmamış, xeyli sayda avtomobil manevr etmişdir. Qarşı tərəfdən gələn avtomobillər, üzü şəhər istiqamətində avtomobil sıxlığı olduğundan, yolayrıcına daxil olmayıb dayanmışlar. Bununla da Yol Hərəkəti haqqında qanunun 75.2-ci maddənin tələblərinə əməl etmişlər. O, heç bir problemsiz qarşı tərəfin 3-cü, 2-ci hərəkət zolaqlarını keçmiş və sonuncu 1 solağı keçərkən zolaqdan sonra yerləşən 1.16.2 üfüqi nişanın üzərilə, şəhər mərkəzi istiqamətində, hərəkət edən Prius markalı taksi avtomobili sağ tərəfdən yoluna daxil olub onu vurmuşdur. Qəza zamanı onun avtomobilinin arxa hissəsi yolayrıcında 1-ci zolaqda, ön, qəzaya düşən hissəsi isə yolayrıcından çıxmış və öz müstəqil yolunun içində olmuşdur. Yolayrıcından sonra icra hakimiyyətinə tərəf 20-25 metrlik iki zolaqlı, bir istiqamətli yol başlanır. Bu qəzadan sonra Binəqədi RPİ DYPŞ-in əməkdaşı onu hadisə törətməkdə təqsirkar bilib barəsində protokol tərtib etmişdir. YPX müfəttişi işi araşdıraraq ortaya heç bir yeni sübut, dəlil qoymamış, qarşı tərəfin izahatını yenidən almamış, onların ikisini bir yerdə üzləşdirməmişdir. Qərara əsasən guya o, qanunun 42.1-ci maddəsinin tələbini pozmuşdur. Halbuki, bu maddənin hadisəyə heç bir aidiyyəti yoxdur. O, sola dönmüş, iki yol arasında dayanmış, sonra qarşı tərəfdən gələnlər dayanmış və o düz getmişdir. Düz gedən sürücü niyə görə dönmə işığı yandırmalıdır? Birdəki, avtomobillər dönmə hərəkətini bitirəndən sonra sükan düzələn kimi işıq siqnalı özü-özünə sönür, bütün avtomobillərdə belə olur. O, sola dönmə işığını yanılı qoysa deməli yenə sola dönür, o, isə irəli icra hakimiyyətinə tərəf getmişdir. Onun sağında olan maşın onun sola dönmə işığını necə görə bilər? Bu mümkün deyil. Hadisə isə o, dönəndən 15-17 metr sonra, yolayrıcını tərk edəndən sonra olmuşdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi rayon Polis İdarəsinin DYPŞ-yə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti Hollivud şadlıq sarayının qarşısında baş vermiş yol-nəqliyyat hadisəsinə görə “Nissan Sunny” minik markalı **-MM- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar hər iki sürücünün hərəkətlərini konkret şəkildə tədqiq etmək üçün məhkəmədə müəyyən edilmişdir ki, hadisə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindən şəhər istiqamətinə uzanan yolun Binəqədi rayon İcra Hakimiyyətinin qarşısından keçən hissəsində (parkın qabağında) baş vermişdir. Həmin yol 3 hərəkət zolaqlıdır. Yolun 1, 2 və 3-cü hərəkət zolağı ilə hərəkət edən nəqliyyat vasitələri qarşıda avtomobil sıxlığı olduğu üçün yolayrıcına daxil olmamış, gözləmişlər. Bu zaman şəhər istiqamətindən üzü M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətinə uzanan yol ilə hərəkət edən nəqliyyat vasitələrindən geriyə manevr edənlər və icra hakimiyyətinə tərəf düzünə hərəkət etmək istəyən sürücülər qanunla müəyyən edilmiş yerə kimi hərəkət edib dayanmış, M.Ə.Rəsulzadə qəsəbəsindən şəhər istiqamətinə uzanan yolun boşalmasını gözləmişlər. M.Ə.Rəsulzadə qəsəbəsindən şəhər istiqamətinə uzanan yolun Binəqədi rayon İcra Hakimiyyətinin qarşısından keçən hissəsində sıxlıq olduğu üçün həmin yolun 1, 2 və 3-cü hərəkət zolağı ilə hərəkət edən nəqliyyat vasitələri yolayrıcına daxil olmayıb gözlədiklərindən “Nissan Sunny” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 həmin yola daxil olaraq düzünə İcra Hakimiyyətinə tərəf hərəkətə başlamış, ardıcıl olaraq 3, 2 və 1-ci hərəkət zolaqlarını keçdikdən sonra 1-ci hərəkət zolağının sağındakı 1.16:2 nömrəli üfüqi yol nişanının üzəri ilə hərəkətdə edən “Toyota Prius” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onu qabaq sağ tərəfdən vurmuşdur (fotoşəkillər işə əlavə edilmişdir). İşin hallarının tam və hərtərəfli araşdırılması üçün məhkəmə tərəfindən məhkəməavtotexniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti Hollivud şadlıq sarayının qarşısında “Nissan Sunny” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Prius” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə bağlı yol nəqliyyat hadisəsində sürücülərdən hansının hərəkətində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğunsuzluq olduğunun müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə-avtotexniki ekspertizasının xx.xx.2023-cü il tarixli 8/337 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti Hollivud şadlıq sarayının qarşısında “Nissan Sunny” minik markalı **- MM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Prius” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə bağlı yol nəqliyyat hadisəsində sürücülərdən “Toyota Prius” markalı 77PH162 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının İnzinati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti Hollivud şadlıq sarayının qarşısında “Nissan Sunny” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Prius” markalı **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə bağlı yol nəqliyyat hadisəsində “Nissan Sunny” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş X4 təqsirli olması sübuta yetirilmədiyindən onun Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsilə təqsirli bilinib cərimə edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X3 Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in inzibati tənbeh vermə haqqında 05 oktyabr 2022-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in inzibati tənbeh vermə haqqında 05 oktyabr 2022-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin. X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar