Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1970/2022 01.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs barəsindəxx.xx.2022-ci il tarixdə saat 01:15 radələrində sərxoş halda səs-küy salaraq Binəqədi rayonu, Binəqədi şossesiində YPX inzibati binasının qarşısında YPX əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və onlara qarşı tabesizlik etdiyinə görə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cı PB tərəfindən İXM-in 510-cu maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nin sahə inspektoru, polis leytenantı X3 izahat verərək bildirmişdir ki, Biləcəri qəsəbəsində Mercedes markalı nəqliyyat vasitəsinin sürücüsü mobil telefondan istifadsə etdiyi üçün ona saxla işarəsi verilmiş, sənədlərinin təqdim edilməsi xahiş edilmişdir. Sürücüdən həmin vaxt kəskin içki qoxusu gəlduiyi üçün tibbi müayinəyə aparılacağı bildirilmişdir. Kənardan bir şəxs sonradan adının Şəxs olduğu məlum olan şəxs özünü sürücünün qohumu kimi təqdim edərək polis əməkdaşlarının işinə maneə törətmişdir. Şəxs Binəqədi RPİ-nin DYPŞ-nin baş ispektoru Şahid ünvanına nalayiq küçə ifadləri ilə söyüşlər söymüş onu təhqir edərək müqavimət göstərməyə başlamışdır. Həmin şəxs PPX əməkdaşlarının köməyi ilə güclə sakitləşdirilərək aidiyyəti üzrə 4-cü PB-nə gətirilmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə qardaşının toy mərasimi olduğunu, YPX əmkdaşları tərəfindən saxlanıddığını bildirmişdir. Maşını dayanacağa aparmaq istədiklərindən spirtli içkinin təsiri altında polis əməkdaşalrı ilə əsəbi formada danışdığını, onlara qarşı nalayiq ifadələr işlətdiyini bildirmişdir. Daha sonra Şahid adlı polis əmkdaşından üzr istəmiş və etdiyi hərəkətlərə görə peşman olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə aparmışdırlar. Bölmədə izahatı alınaraq barəsində İXM-in 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. lk dəfə onun tərəfindən inzibati xəta törədilməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs hüquqlarının müdafiəsini özü həyata keçirəcəyi və bu səbəbdən də vəkildən imtina etməsinə dair məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, o, hal-hazırda Binəqədi RPİ-nin X6 şöbəsində yol patrul xidməti baş inspektou vəzifəsində işləyir. Biləcəri qəsəbəsində Mercedes markalı nəqliyyat vasitəsinin sürücüsü mobil telefondan istifadsə etdiyi üçün ona saxla işarəsi verilmiş, sənədlərinin təqdim edilməsi xahiş edilmişdir. Sürücüdən həmin vaxt kəskin içki qoxusu gəldiyi üçün tibbi müayinəyə aparılacağı bildirilmişdir. Kənardan Şəxs adlı şəxs özünü sürücünün qohumu kimi təqdim edərək onların işinə maneə törətmişdir. Şəxs Şahid ünvanına nalayiq küçə ifadləri ilə söyüşlər söymüş onu təhqir edərək müqavimət göstərməyə başlamışdır. Həmin şəxsin özünün və yanındakı polis əməkdaşlarının köməyi ilə güclə sakitləşdirilərək aidiyyəti üzrə 4-cü PB-nə aparıldığını qeyd etmişdir. Həmin zaman xəsarət almasa da, mənəviyyatının alçaldıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və onların iş rejiminə maneəçilik törətmiş və buna görə də, Binəqədi RPİnin 4-cü PB-nə gətirilmişdir. xx.xx.2022-ci il tarixli, 2/15463 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs müayinəsi zamanı onun alkoqol sərxoşluğunun dərəcəsi yüngüldür. xx.xx.2022-ci il tarixli AZA 016720 nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:25 dəqiqədə inzibati qaydada tutulmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510cu maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı onun alkoqol sərxoşluğunun dərəcəsi yüngül olduğu aşkar edilmiş və məhkəmə iclası zamanı sonuncu həmin gün alkoqoldan istifadə etməsini səmimi olaraq etiraf etmişdir. Beləliklə, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs İXM-in 510-cu maddəsin nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 04 gün müddətinə inzibati qaydada həbs edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixindən, saat 01:25 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1970/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1970/2022
01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver