Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1973/2021 04.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PBnin polis sahə rəisi, polis kapitanı X2, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Milanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində ondan ötrü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, 29.04.2021-ci il tarixdə saat 19:00-da Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində yerləşən “Oba” marketin içərisindən vitrindən 01 ədəd 1 kq-lıq Westgold kərə yağını oğurlamışdır. Törədilmiş inzibati xəta ilə əlaqədar Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən inzibati xəta haqqında 03 may 2021-ci il tarixli MN №1095662 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə rəisi, polis kapitanı X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməklə barəsində inzibati həbs tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. İnspektor bildirmişdir ki, Şəxs 29.04.2021-ci il tarixdə saat 19:00-da Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində yerləşən “Oba” marketin içərisindən vitrindən 01 ədəd 1 kq-lıq Westgold kərə yağını oğurlamışdır. Bundan başqa o, bildirmişdir ki, Şəxs barəsində Binəqədi RPİ-in İŞ-də Azərbaycan Respublikası CM-in 234.1 və 177-ci maddələri ilə cinayət işinin istintaqı aparılır, Şəxs azadlıqda qalmasından nəticə çıxartmayaraq yenidən oğurluq etmişdir. O, törətdiyi oğurluqları narkotik vasitə əldə etmək məqsədi ilə törədir. Məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs 29.04.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 1 ünvanındayerləşən “Oba” marketə girib, biraz sonra 1 kq-lıq Westgold kərə yağını götürüb gödəkcəsinin cibinə qoyub çölə çıxmışdır. Kərə yağını yoldan keçən tanımadığı şəxsə 10 manata satmışdır. Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı polis mayoru İsmət Musayev tərəfindən qəbul edilmiş vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə 03.05.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Vurulmuş ziyanın həcmi 16,90 manat qəbul edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6cı PB-nin baş təhqiqatçısı polis mayoru İsmət Musayevə verdiyi yazılı izahatından görünür ki, o, “Oba” marketdən 01 ədəd 1 kq-lıq Westgold kərə yağını oğurladığını etiraf etmişdir. İş materiallarında olan 03 may 2021-ci il tarixli MN №1095662 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 may 2021-ci il tarixli qərardan məlum olur ki, cinayət işinin başlanması rədd edilmişdir, əməldə İXM-nin 227-ci maddəsinin tərkibi olduğu üçün təqsirkar şəxsin inzibati məsuliyətə cəlb olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu müddət onun həbs müddətinə daxil edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam sübuta yetirilir. Ona görə də, Şəxs Azərbaycan Respubliaksı İXM-nin 227-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. İnzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməməsini, onun təqsirinin dərəcəsini, barəsində istintaq şöbəsində cinayət işinin istintaqının aparıldığını, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs inzibati həbs növündə tənbehin təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu 03 may 2021-ci il tarixdən saat 09:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1973/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1973/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver