Məhkəmə qərarları › İş №3(001)-1975/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1975/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1975/2024 28.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il tarixli 01-Q nömrəli “kooperativ mənzil tikinti haqqında”müqavilə üzrə ünvan 1 ünvanında yerləşən binanın qaraj mərtəbəsində qeyri – yaşayış sahəsindən oxlar arasında 2 (iki) ədəd qarajın iddiaçı Zərərçəkmiş şəxs verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması qət edilmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəblərini məhkəməyə açıqlamamışdır. xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən məhkəməyə teleqram göndərilmiş həmin teleqramda xəstəliyi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə,saat 15:30-da keçiriləcək olan məhkəmə baxışının təxirə salınmasını və arayış təqdim edəcəyini bildirmişdir.Lakin Şəxs tərəfindən məhkəməyə heç bir arayış təqdim edilməmişdir və məhkəmə iclası təxirə salınsa belə Şəxs məhkəmə iclaslasında iştirak etməmişdir. İş matreallarına əlavə edilmiş Şəxs izahatında qeyd etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il tarixli 01-Q nömrəli “kooperativ mənzil tikinti haqqında”müqavilə üzrə ünvan 1 ünvanında yerləşən binanın qaraj mərtəbəsində qeyri –yaşayış sahəsindən oxlar arasında 2 (iki) ədəd qarajın iddiaçı Zərərçəkmiş şəxs verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmuşdur.Hal-hazırda "xxxx" MTK-nın heç bir boş qeyri-yaşayış sahəsi yoxdur.Buna görə də icra sənədində göstərilən öhdəlikləri icra edə bilmir. Məhkəmə iclasında iştirak edən tələbkar bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədini icra etmir. Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2007-ci il tarixli 01-Q nömrəli “kooperativ mənzil tikinti haqqında” müqavilə üzrə ünvan 1 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasında qaraja üzv olub və qarajın dəyərini tam ödəmişdir.Yaşayış binasından ona təhvil verilməyən 2 ədəd qarajın ona təhvil verilməsini və yaxud da 2 ədəd qaraj üçün ödədiyi məbləğin qaytarılmasını "xxxx" MTK-dan tələb edir.Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolda göstərilmişdir ki, iş üzrə borclu "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri Şəxs iki ədəd qarajın tələbkar Zərərçəkmiş şəxs verilməsini təmin etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il tarixli 01-Q nömrəli “kooperativ mənzil tikinti haqqında”müqavilə üzrə ünvan 1 ünvanında yerləşən binanın qaraj mərtəbəsində qeyri – yaşayış sahəsindən oxlar arasında 2 (iki) ədəd qarajın iddiaçı Zərərçəkmiş şəxs verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması qət edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı onun əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş matrealını araşdıraraq, törədilmiş inzibati xətaya görə borclu tərəfindən mötəbər sübutun məhkəməyə təqdim edilməməsi, tələbkarla aralarında gərgin münasibət olması, məhkəmə iclasından xəbərdar olsa da məhkəmə iclaslarında iştirak etməməsi hallarını və yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından qərəzli olaraq yayındığını bildirir və sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar