Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1979/2024 01.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 68250 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 68250 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Şəxs MMC 1997-ci ildən Azərbaycan Respublikasında, qida sənayesi sektorunda fəaliyyət göstərir. Müəssisənin əsas fəaliyyət növü buğda unu və çörək istehsalından ibarətdir. İstehsal üçün tələb olunan xammal buğda Qazaxıstan Respublikasından, Rusiya Federasiyasında idxal olunur. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə Qazaxıstan Respublikasında yerləşən "xxxx" şirkəti arasında xx.xx.2022-ci il tarixli, 0802 nömrəli müqaviləyə əsasən MMC-nin "xxxx" ASC-də olan hesabından 68250 ABŞ dolları vəsait qabaqcadan ödəmə şərti həmin şirkətin hesabına köçürülmüşdür. Bundan sonra xx.xx.2022-ci il tarixdə Şəxs MMC ilə "xxxx" şirkəti arasında təxmini ümumi dəyəri 341250 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə iki şirkət arasında əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən "xxxx" şirkətinin hesabına köçürülmüş 68250 ABŞ dolları xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliyin icrası olaraq qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli müqavilə əsasında "xxxx" şirkətinin hesabına xx.xx.2022 tarixdə 273000 ABŞ dolları qabaqcadan ödəmə edilmişdir xx.xx.2022-ci il tarixdə "xxxx" şirkəti tərəfindən Azərbaycan Respublikasına dəyəri 341250 ABŞ dolları olan buğda yükü göndərmiş, həmin yüklə bağlı **********6792 sorğu nömrəli yük gömrük bəyannaməsi verilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, 0802 nömrəli müqavilədən görünür ki, Şəxs MMC ilə "xxxx" şirkəti arasında alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 0802 nömrəli müqavilədən görünür ki, Şəxs MMC ilə "xxxx" şirkəti arasında alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2022-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, xx.xx.2022-ci il tarixli, 0802 nömrəli müqavilə əsasında Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 68250 ABŞ dolları məbləğində pul vəsaiti ilə "xxxx" şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli əlavə razılaşmadan görünür ki, XİRMAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" şirkəti arasında qarşılıqlı razılığa gəlinmiş, 8 fevral 2022-ci il tarixli, 0802 nömrəli müqavilə üzrə ödənilmiş məbləğ 68250 ABŞ dolları "xxxx" MMC-nin “Jayılxan” şirkəti arasında bağlanmış 11 fevral 2022-ci il tarixli, 0802 nömrəli müqavilə üzrə öhdəliyin icrası olaraq qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, xx.xx.2022-ci il tarixli, 0802 nömrəli müqavilə əsasında Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 273000 ABŞ dolları məbləğində pul vəsaiti ilə "xxxx" şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, **********6792 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, xx.xx.2022-ci il tarixli, 0802 nömrəli müqavilə əsasında Şəxs ünvanına "xxxx" şirkəti tərəfindən dəyəri 341250 ABŞ dolları olan mallar 26 fevral 2022-ci il tarixdə ölkəyə idxal olunmuşdur. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 68250 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan köçürülmüş 68250 ABŞ dolları məbləğində olan vəsait hesabına alınan malları ölkəyə idxal etməklə, həmin mallara dair gömrük bəyannaməsini rəsmiləşdirilməsi üçün göndərmiş, lakin gömrük bəyannaməsində ancaq xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 68250 ABŞ dolları məbləğində vəsait hesabına olan malları xx.xx.2022-ci il tarixdə ölkəyə idxal etməklə, həmin mallara dair gömrük bəyannamələrini rəsmiləşdirilməsi üçün göndərmişdir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1979/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1979/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver