Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-198/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Məhkəmə iclas katibi Novruzova Cəmilə Davud qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X2 iştirakı ilə xx.xx.2001-ci ildə Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, işləməyən, Naxçıvan MR, Şərur rayonu, Zeyvə ə/d, zeyvə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Binəqədi RPİin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 227-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Binəqədi RPİ-in 43-cü Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİin 43-cü PB-in sahə rəisi, polis baş leytenantı X3 bildirmişdir ki, Şəxs vətəndaş Zərərçəkmiş şəxs Fizuli oğluna qarşı 500 manat məbləğində dələduzluq etmişdir. xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində inzibati icraat başlanmışdır. Ona görə də, tərəfindən Şəxs barəsində İXMin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ehtiyacı olduğu üçün protokolda qeyd edilən əməli törətmişdir. Zərərçəkmiş şəxs Fizuli oğluna işini həll etməyə söz verərək ondan 1000 manat vəsəsait almışdır. İllk əvvəl Zərərçəkmiş şəxs ona məxsus bank kartına 500 manat göndərmiş, daha sonra isə nağd şəkildə 500 manat daha vermişdir. Hazırda əməlindən peşmandır və bir daha elə hallara yol verməyəcəkdir. Naxçıvanda yerləşən torpaq sahəsini sataraq vurduğğu ziyanı aradan qaldırmaq istədiyini və məhkəmədən ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil \bildirmişdir ki, Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində xəstə anası olmasını nəzərə alaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs Fizuli oğlu məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini telefonla əlaqə saxlayaraq bildirmiş, həmçinin ona vurulmuş ziyanın 1000 manat olduğunu, 500 manat rəsmi, 500 manat isə qeyri-rəsmi olaraq ona ziyan vurulduğunu qeyd etmişdir. Həmçinin qeyd etdikləri məzmunda məhkəməyə teleqram ünvanladığını bildirmişdir. Məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun vəkilinin fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb hesab edir ki, Şəxs tərəfindən törədilməsi ehtimal edilən inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, toplanmış material araşdırılması üçün prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilməlidir. İşdə materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cəfərli X1 Elnur Fizuli oğluna qarşı dələduzluq etmişdir. Nəticədə Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun ona əlavə edilmiş materiallarla birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarından və məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs barəsində Binəqədi RPİ-in 43-cü PB-də aparılan icraat zamanı pozuntulara yol verilmişdir ki, bu da şəxsin əməlində inzibati xəta tərkibinin olmasına şübhə yaratmışdır. Çünki, həm Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis leytenantı Anar Aydəmirov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarda Şəxs əməlinə düzgün qiymət verilməmişdir. Belə ki, yuxarıda sadalanan iş materiallarından da göründüyü kimi Zərərçəkmiş şəxs Fizuli oğluna ümumilikdə 1000 manat ziyan vurulmasına baxmayaraq iş nə təhqiqatçı, nə də protokol tərtib edən şəxs bu məsələyə düzgün hüquqi qiymət verməmişdir. Bu da onu göstərir ki, təhqiqatçı tərəfindən əldə edilmiş sübutlara etinasız yanaşılmışdır. İXM-in 227-ci maddəsində Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə isə toplanmış sübutlar araşdırılan zaman müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət əlamətlərinin olub-olmamasına düzgün hüquqi qiymət verilməmişdir. Bu hal zərərçəkmiş Zərərçəkmiş şəxs Fizuli oğlunun məhkəməyə ünvanladığı teleqram və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə öz təsdiqini tapmışdır.Bu da öz növbəsində inzibati xəta haqqında işin düzgün araşdırılmamasına dəlalət edir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Yuxarıda sadalananlardan görünür ki, Şəxs əməlinə təhqiqatçı tərəfindən düzgün hüquqi qiymət verilmədən sonuncunun əməlində cinayət əlamətinin olması nəzərə alınmamışdır. Ona görə də, məhkəmə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və toplanmış materialın araşdırılması üçün prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətinin olub-olmaması məsələsinin araşdırılması üçün barəsində toplanmış material prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53.0.2, 105.1, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətinin olub-olmaması məsələsinin araşdırılması üçün barəsində toplanmış material prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilsin. Şəxs üzərindən aşkar edilmiş və maddi sübut olan tədqiqatdan sonra qalıq qalmış 0,002 qram metafetaminin Binəqədi RPİ-nin saxlanc yerində saxlanması nəzərə alınsın. Qərarın icrası Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə və Bakı şəhəri Binəqədi rayon prokurorluğuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-198/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-198/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver