Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1982/2025 29.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən 18 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respblikasının Ali Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 10-2(102)-23/2024 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə ümumilikdə 2 000 146,23 Rus rublu, o cümlədən 18 mart 2022-cü il tarixli, 14 No-li alqı-satqı müqaviləsi üzrə 1 596 571,00 Rus rublu borc, 11 may 2022-ci ildən 20 noyabr 2023-cü il tarixədək ödənişin gecikdirilməsınə görə 407 575,23 Rus rublu dəbbə pulu, habelə dövlət rüsumunun ödənilməsi üçün xərcin əvəzi 30 631,00 Rus rublu tutulmalıdır. İcra sənədi üzrə borcdan qalıq qalan ******* Rus rublu hazırki vaxta qədər ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 və borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs rəsmi qaydada bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1 və borclu "xxxx" MMCnin vəzifəli şəxsi Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respblikasının Ali Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 10-2(102)- 23/2024 saylı icra vərəqəsindən görünür ki, Rusiya Federasiyası Kirov Vilayəti Arbitraj Məhkəməsinin aşağıdakı məzmunlu 11 yanvar 2024-cü il tarixli, A28-6788/2023 nömrəli qətnaməsi Azərbaycan Respublikasında tanınmalı və icra edilməlidir. "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə ümumilikdə 2 000 146,23 Rus rublu, o cümlədən 18 mart 2022-cü il tarixli, 14 No-li alqı-satqı müqaviləsi üzrə 1 596 571,00 Rus rublu borc, 11 may 2022-ci ildən 20 noyabr 2023-cü il tarixədək ödənişin gecikdirilməsınə görə 407 575,23 Rus rublu dəbbə pulu, habelə dövlət rüsumunun ödənilməsi üçün xərcin əvəzi 30 631,00 Rus rublu tutulmalıdır. İcraata başlamaq haqqında 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respblikasının Ali Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 10-2(102)- 23/2024 saylı icra vərəqəsi əsasında Binəqədi rayon İcra şöbəsində icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 29 avqust 2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respblikasının Ali Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 10-2(102)- 23/2024 saylı icra vərəqəsinin könüllü icrası borclu "xxxx" MMC-yə 10 gün vaxt verilmişdir. Elektron icra sistemindən olan çıxarışdan görünür ki, borclunun adına hər hansı daşınar və daşınmaz əmlak mövcud deyil. Şəxs icra şöbəsində verdiyi 11 mart 2025-ci il tarixli izahata əsasən Azərbaycan Respblikasının Ali Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 10-2(102)-23/2024 saylı icra vərəqəsi üzrə ödənilməli olan qalıq borcun məbləği ******* Rus rubludur. Azərbaycan Respblikasının “İcra haqqında” Qanununun: 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin təsvir edilmiş hallarından görünür ki, Azərbaycan Respblikasının Ali Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 10-2(102)-23/2024 saylı icra sənədi üzrə borc qismən ödənilmiş, qalan hissənin icrası isə təmin edilməmişdir. Bu isə, icra sənədinin tam və vaxtında yerinə yetirilməməsi kimi qiymətləndirilir. Borclunun qismən ödəniş etməsi, xətanın mövcudluğunu aradan qaldırmır, əksinə, borclunun icra sənədinin tələblərini tam şəkildə yerinə yetirməkdən yayınması faktını təsdiqləyir. Həmçinin, borclu tərəf icra məmurunun tələblərinə baxmayaraq, borcun tam şəkildə ödənilməsini təmin etməməklə qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur. Bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq, inzibati xətanın tərkibi tam müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu hüquqi şəxs "xxxx" MMCnin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, icra sənədinin uzun müddət icra edilməməsinin tələbkarın qanunla qorunan əmlak mənafelərini pozduğunu və əmlak hüquqlarının real müdafiəsi müddətini uzatdığını, habelə inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə borclu hüquqi şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1982/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1982/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver