Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1983/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol Polisi şöbəsinin inspektoru (YNH üzrə), polis baş leytenantı X1, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müraciət və ona əlavə edilmiş iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, X3 apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməli olduğu halda, yenidən eyni məzmunlu vəsatət və şikayət ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 1503/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilmə müddətinin bərpa edilməsinə dair X2 vəsatəti təmin edilməmişdir. X3 isə sözügedən qərardan apellyasiya məhkəməsinə şikayətlə müraciət etməli olduğu halda, yenidən sözügedən qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, qeyd olunanlara əsasən X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət və verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı: X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1983/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1983/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver