Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1985/2024 27.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 30 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rasim İsmayılovun 30 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ilə AR İN DVX əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsində fəaliyyət göstərən "Miss Moon" gözəllik salonunda onun lisenziya olmadan özəl tibb fəaliyyəti göstərilməsi faktının aşkar edilməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rasim İsmayılovun 30 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında Qərarı tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə görə şəxsin lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə inzibati məsuliyyəti müəyyən edilmişdir. Lakin ona istinad edilən inzibati xətanın tərkib əlamətləri yoxdur. Çünki, maddədən də göründüyü kimi inzibati xəta tərkibinin yaranması üçün əsas özəl tibbi fəaliyyətlə məşğul olma faktının müəyyən edilməsidir. Göstərilən tarixdə Vergi Xidmətinin əməkdaşları tərəfindən kassa aparatların mədaxilin həyata keçirilməməsi və orada bir nəfər şəxsin əmək müqaviləsi olmadan qanunsuz işlədilməsi barədə araşdırma aparılmışdır. Gözəllik salonunda mövcud aparatdan istifadə halı müəyyən edilməmişdir. Əgər, o həmin aparatdan istifadə etmirsə və maddənin dispozisiyasında göstərildiyi kimi “MƏŞĞUL OLMA”nı həyata keçirmirsə hər hansı inzibati xətadan söhbət gedə bilməz və belə bir fakt aşkar edilərək rəsmiləşdirilməmişdir. Vergi Xidməti əməkdaşları gözəllik salonunda 2 əsasa görə araşdırma aparmış və onlar onun həmin aparatla özəl tibbi xidmətlə “MƏŞĞUL OLMA” faktını aşkar etməmişdirlər. Eyni zamanda ********** nömrəli VÖEN-in gözəllik salonu ilə heç bir hüquqi bağlılığı yoxdur və həmin VÖEN-lə qeyd edilən iş üzrə heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır, bu da onun vəzifəli şəxs kimi cərimə edilməyi üçün əsas ola bilməz. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd edildiyi kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası öz əksini tapmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi bu halları nəzərə alınmadan tərtib olunmuş protokola əsaslanaraq məhkəmə qərar çıxarmışdır. Nəticə etibari ilə təqsirsizlik prezumpsiyasına dair imperativ tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, nə onun İXM-nin 210.1-ci maddədə nəzərdə tutulan inzibati xəta tərkibini törətməsi sübuta yetirilməmiş, nə də ki sübuta yetirilməmiş hallar onun xeyrinə həll olunmamışdır. Digər əsas məsələ isə inzibati xəta tədbirinin tətbiqi ilə bağlı prosessual normaların həm inzibati orqan, həm də məhkəmə tərəfindən pozulmasıdır. Belə ki, məhkəmə öz qərarını iş üzrə materiallara, ən əsası inzibati xəta barədə protokola əsasən çıxarmışdır ki, protokolun tərtibi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələbləri müvafiq orqan tərəfindən pozulmuşdur və məhkəmə tərəfindən bu pozuntu halı nəzərə alınmamışdır. X4 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Həmin Məcəllənin 81-1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir. Bundan başqa Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh verma haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Buna baxmayaraq Səhiyyə Nazirliyi tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməmiş, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinin tələblərinə uyğun olmamış, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanuni ilə müəyyən edilmiş qaydada elektron protokol tərtib edilməmişdir. Azəbaycan Respublikası İXM-nin 11.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rasim İsmayılovun qərarı qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 5000 (beş min) manat məbləğində inzibati tənbeh növündə cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rasim İsmayılovun 30 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında qərarının ləğv edilməsini və AR İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə 30 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən X2 xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsində fəaliyyət göstərən “Miss Moon” adlı obyektdə lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji, lazer epiliasiya) ilə məşğul olması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən 5000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X5 xx.xx.2023-cü il tarixli izahatında qeyd edilən ünvanda özəl tibbi fəaliyyət ilə, yəni lazer epiliyasiyası, kosmetoloji xidmətlə məşğul olduğunu özü səmimi etiraf etmişdir. Lazer epliyasiyası ilə dəri altına müdaxilə edildiyindən həmin fəaliyyət kosmetoloji fəaliyyət hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə əsasən kosmetoloji fəaliyyət lisenziya alınması tələb edilən fəaliyyət növünə aiddir. Göstərilənlərə əsasən X5 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və nümayəndənin təqdim etdiyi sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X9 şöbəsinin mütəxəssisi X7 tərəfindən 27 noyabr 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsində (Daxili Qoşunların yanı) fəaliyyət göstərən “Miss Moon” adlı obyektdə xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin X10 üzrə Baş İdarəsinin nümayəmdələri tərəfindən keçirilən yoxlama zamanı X2 lisenziya olmadan kosmetoloji (lazer epiliyasiya) fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nazir müavini Rasim İsmayılov tərəfindən 30 noyabr 2023-cü il tarixində qəbul olunmuş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən X2 xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsində fəaliyyət göstərən “Miss Moon” gözəllik salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktının aşkar edilməsi əsas gətirilərək X2 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıa iş üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli **********2316 nömrəli qərarından görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 (VÖEN: **********) barəsində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, X1 qərarla xx.xx.2023-cü il tarixdə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında 27 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, fərdi sahibkar X2 Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsində (Daxili Qoşunların yanı) fəaliyyət göstərən “Miss Moon” adlı gözəllik salonunda lisenziya tələb olunduğu halda belə lisenziya olmadan lazer epiliyasiya- kosmetoloji xidmətlər göstərməsi fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmiş və o, öz imzası ilə qeyd olunan aktı təsdiqləmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli “Məlumatın təqdim edilməsi barədə” məktubundan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********2316 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarına əsasən fərdi sahibkar X2 (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi (Daxili qoşunların yanı) ünvanında yerləşən "Miss moon" adlı obyektdə operativ vergi nəzarəti tədbiri keçirilmiş və fərdi sahibkarın xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) alınmadan özəl tibb fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, vergi ödəyicisi üzrə aşkar olunmuş qanun pozuntusu xx.xx.2023-cü il tarixli DVX seriyalı 000709 nömrəli "Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında" aktla rəsmiləşdirilmiş, tərtib edilmiş akt və ona əlavə edilmiş materillar baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. X5 operativ vergi nəzarəti zamanı verdiyi xx.xx.2023-cü il tarixli izahatında işlədiyi yer qrafasında “Miss Moon” gözəllik salonunda işləməsini qeyd edərək xx.xx.2022-ci il tarixdən etibarən Bakı şəhəri, ünvan 2 ünvanında özəl tibb fəaliyyəti, lazer epiliyasiyası, kosmetoloji xidmətlə məşğul olmasını, bu xidməti göstərməsi üçün X6 adlı bir işçini işə cəlb etməsini, həmin işçinin “Alexsandr Cyosure” lazer texnologiyası üzrə nəzəri və “Canedlla” nəzəri və praktiki tədrisin tam olaraq bitirməsi üzrə sertifikatının olmasını, tərəfindən lazer epiliyasiyası xidmətinin göstərilməsi üçün bir avadanlıq cəlb etməsini, bu fəaliyyət növünün özəl tibb xidmətininə aid olunduğu və lisenziya tələb olunduğu barədə məlumatsız olmasını, bu fəaliyyətdən 600-700 manat gəlir əldə etməsini bildirmiş və izahatında göstərilən xüsusatları öz imzası ilə təsdiq etmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı lazer epiliyasiya aparatının fotosu çəkilərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın (1 nömrəli əlavə) 2.13.2.-ci bəndinə əsasən kosmetoloj xidmətlər göstərilməsi “Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər” hesab edilir. Beləliklə məhkəmə iclasında verilmiş şikayətin dəlilləri inzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən olundu ki, X5 ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi uçotuna alınaraq Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi (Daxili qoşunların yanı) ünvanında yerləşən "Miss moon" adlı gözəllik salonunda lisenziya olmadan özəl tibbi fəaliyyətlə yəni lazer epiliyasiyası kosmetoloji xidmətlərin göstərilməsi ilə məşğul olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. X2 şikayətinin gözəllik salonunda mövcud aparatdan istifadə halının müəyyən edilməməsi, aparatdan istifadə etmədiyi üçün maddənin dispozisiyasında göstərildiyi kimi “məşğul olma”nı həyata keçirməməsi, həmin fəaliyətlə məşğul olmaması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətçi özü də qeyd edilən ərizəsində həmin obyektdə çalışmasını və lazer aparatının həmin obyektdə olmasını təsdiq etmişdir. Faktiki olaraq isə həmin aparatdan istifadə edərək fəaliyyət göstərməməsi barədə qeyd edilənlər isə şəxsin operativ vergi nəzarəti tədbiri zamanı verdiyi xx.xx.2023cü il tarixli izahatı ilə ziddiyyət təşkil edir. Belə ki, X5 həmin izahatında “Miss Moon” gözəllik salonunda işləməsini təsdiq edərək özəl tibbi fəaliyyəti, lazer epiliyasiyası, kosmetoloji xidmətlə məşğul olmasını, bu xidməti göstərməsi üçün X6 adlı bir işçini işə cəlb etməsini, həmin işçinin “Alexsandr Cyosure” lazer texnologiyası üzrə nəzəri və “Canedlla” nəzəri və praktiki tədrisin tam olaraq bitirməsi üzrə sertifikatının olmasını, tərəfindən lazer epiliyasiyası xidmətinin göstərilməsi üçün bir avadanlıq cəlb etməsini, bu fəaliyyət növünün özəl tibb xidmətininə aid olunduğu və lizanziya tələb olunduğu barədə məlumatsız olmasını, bu fəaliyyətdən 600-700 manat gəlir əldə etməsini bildirmiş və izahatında göstərilən xüsusatları öz imzası ilə təsdiq etmişdir. Məhkəmə hesab edir ki, X5 barəsində 5000 manat məbləğində inzibati tənbeh tətbiq edildiyi və hazırda həmin tənbeh tədbirinin ləğv edilməsində maraqlı olduğundan şikayət ərizəsində həmin fəaliyyətlə məşğul olmamasını qeyd edir. Ona görə də məhkəmə şəxsin operativ vergi nəzarəti tədbiri zamanı verdiyi izahatını daha mötəbər sübut kimi qiymətləndirir və şikayət ərizəsində göstərilənləri məsuliyyətdən kənarda qalmaq üçün özünü müdafiə məqsədilə ilə qeyd edildiyini hesab edir. Eyni zamanda şikayət ərizəsində göstərilən tarixdə Vergi Xidmətinin əməkdaşları tərəfindən yalnız iki əsasa görə, yəni kassa aparatların mədaxilin həyata keçirilməməsi və orada bir nəfər şəxsin əmək müqaviləsi olmadan qanunsuz işlədilməsi barədə araşdırma aparılmasına dair göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıa iş üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli **********2316 nömrəli qərarı ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 (VÖEN: **********) barəsində 2 əsasla deyil, 3 əsasla, yəni nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin həyata keçirilmiş və X5 qeyd edilən qərarla xx.xx.2023-cü il tarixdə tanış olaraq bunu öz imzası ilə təsdiq etmişdir. Bundan başqa şikayət ərizəsində ********** nömrəli VÖEN-in gözəllik salonu ilə heç bir bağlılığının olmaması, həmin VÖEN ilə heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması, bunun da nəticəsində onun vəzifəli şəxs kimi cərimə edilməsinin düzgün olmaması ilə bağlı göstərdiklərinə münasibətdə isə məhkəmə qeyd edir ki, X2 göstərilən “Miss Moon” gözəllik salonunda kosmetoloji fəaliyyət sayılan lazer epiliyasiyası xidmətləri göstərməsi iş materiallarında olan sübutlara əsasən işin mübahisəsiz halıdır. Şəxs hətta həmin fəaliyyətin həyata keçirilməsi üçün müvafiq sertifikatı olan X11 adlı şəxsi də həmin fəaliyyətin həyata keçirilməsinə cəlb etmiş, bunu o öz izahatında da təsdiq etmişdir. X2 özünü vəzifəli şəxs hesab etməməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, o, ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə fiziki şəxs kimi vergi uçotuna alındığından və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan onun vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarına əsasən “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: - hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; - dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyrikommersiya təşkilatlarının rəhbərləri və işçiləri; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; - xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; - beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar. Bundan başqa X2 operativ vergi nəzarəti zamanı verdiyi izahatında lazer epiliyasiyası fəaliyyət növünün özəl tibb xidmətininə aid olunduğu və lisenziya tələb olunduğu barədə məlumatsız olmasını bildirmişdir. Məhkəmə şikayətçinin həmin izahatında göstərdiyi bu mövqeyi ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikasını Konstitusiyasının 72.3-cü maddəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Bundan başqa məhkəmə X2 onun barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinin tələblərinə uyğun olmaması, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron protokol tərtib edilməməsi ilə bağlı qeyd edir ki, şikayətin həmin hissəsi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsi inzibati xəta müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə icraatın aparılması qaydasını tənzimləir. Həmin Məcəllənin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Göründüyü kimi qeyd edilən maddədə konkret olaraq 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Lakin həmin maddədə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə qərar çıxarılma qaydası nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, ümumiyyətlə hazırkı şikayət ərizəsi formal olaraq tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Belə ki, şəxs şikayət ərizəsində inzibati xəta tədbirinin tətbiqi ilə bağlı prosessual normaların həm inzibati orqan, həm də məhkəm tərəfindən pozulmasını, məhkəmə tərəfindən bu pozuntu halının nəzərə alınmaması, pozuntularla tərtib olunmuş protokola əsaslanaraq məhkəmə tərəfindən qərar çıxarılması qeyd edilmişdir. Halbuki, şəxsin barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar daha əvvəl məhkəmə qaydasında mübahisələndirilməmiş, məhkəmə tərəfindən inzibati tənbeh tətbiq edilməsi barədə hər hansı qərar qəbul edilməmiş, sözügedən protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli şəxsi tərəfindən tərtib edilərək həmin protokol əsasında qərar da həmin nazirliyin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmişdir. Şəxsin qeyd edilən qərardan verilmiş şikayət üzrə keçirilən məhkəmə iclaslarına dəvət edilsə də, həmin iclaslarda iştirak etməmişdir. Göründüyü kimi şəxs tərəfindən verilmiş şikayətdə həmin hallar formal olaraq sadalanaraq məhkəmə tərəfindən prosessual pozuntulara yol verildiyi göstərilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X5 İXMnin 210.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni lisenziya olmadan özəl tibbi fəaliyyət (lazer epiliyasiyası kosmetoloji xidmətlərin göstərilməsi) ilə məşğul olmuş, buna görə də onun barəsində düzgün olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 30 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 30 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 30 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1985/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1985/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver