Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1988/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Yardımlı rayonu, Şəfəqli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “X13 LTD” MMC-də avtokar sürücüsü vəzifəsində işləyən, Yardımlı rayonu, Şəfəqli kəndində kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən fiziki şəxs Şəxs barəsində qəbul edilmiş 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən, o, “X13 LTD” MMC-də avtokar sürücüsü vəzifəsində işləyərkən anbarda yükləmə işlərinin icrası zamanı “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29-cu bəndinin və 63.12- 1.05-79 “Zavoddaxili nəqliyyatın istismarında təhülkəsizlik texnikası Qaydaları”nın 7.9, 7.28-ci bəndlərinin tələblərini pozaraq avtokarı arxaya verməzdən əvvəl yaxınlıqda insan və ya digər maneənin olmasına əmin olmadan, həmçinin səs siqnalı vermədən avtokarı arxaya doğru verərkən orada qablaşdırma işlərini görən X1 ayağının üstündən keçməsi nəticəsində Namiq Xudiyev az ağır xəsarət almış bununla da Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 17 mart 2025-ci il tarixli qərarın məzmununa uyğun çıxış edərək X3 İXM-in 198.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli təhqiqat aktından görünür ki, komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.2-ci bəndinə əsasən, “X13 LTD” MMM-nin avtokar sürücüsü Şəxs ehtiyatsızlığı müəyyən edilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01/2024 nömrəli İZ aktından görünür ki, bədbəxt hadisə ilə bağlı Əmək qanunvericiliyi pozuntusuna yol vermiş X8, X6 və Şəxsdur. Şəxs tərəfindən imzalanmış “Avtokar-sürücü vəzifə təlimatı”ndan görünür ki, Avtokar sürücüsü əməyin mühafizəsi üzrə yük avtomobilinin sürücüsü üçün təlimatı, təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməlidir. Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş, vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsinə görə məsuliyyət daşıyır. Şəxs tərəfindən imzalanmış 001 nömrəli Təlimatın 3.3-cü bəndindən görünür ki, avtokar sürücüsü maşını hərəkət etdirməzdən əvvəl onun işləyəcəyi iş zolağında kənar adamların olmamalarına arxayın olmalı, ona tapşırılan işləri yerinə yetirən zamanı əməyin mühafizəsi qaydalarına əməl etməli, işlədiyi iş ərazisində diqqətli olmalı, eyni anda onunla eyni iş ərazisində, bərabər ətrafda çalışan digər işçilərə və kənar şəxslərə icra etdiyi işi ilə bağlı məlumatlandırmalıdır. Şəxs tərəfindən imzalanmış 009 nömrəli Təlimatın 1.8-ci bəndinə əsasən insanlar üçün təhlükəni aşkar etdikdə, dərhal ətrafdakıları xəbərdar etməli, həmin sahədən insanları kənarlaşdırmalı, sahəni məhəccərləməli və rəhbərliyə məlumat verməlidir. Həmçinin müəssisə ərazisində nəqliyyat vasitəsini idarə edərkən ehtiyatlı olmalı, nəqliyyat yol hərəkət qaydalarına əməl etməli, işarələrə fikir verməli və tələbləri yerinə yetirməlidir. Şəxs tərəfindən imzalanmış “Çəngəlli yükləyicilərin sürücüləri üçün ümumi təhlükəsizlik” Qaydalarından görünür ki, piyadalara, qapılara, yol keçidlərinin kəsişməsinə, estakadalara və ya digər yükləyicilərə yaxınlaşarkən səs siqnalı verilməsi və sürət azaltması, piyadalara nəzarət edilməsi vəzifə kimi qoyulmuşdur. Azərbaycan Respublkasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X11 14 fevral 2025-ci il tarixli, 232 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş N.F.Xudiyevin bədənində aşkar olunmuş xəsarətlər – aşıq baldır oynağı bağlarının gərilməsi və zədələnməsi, ayaq daraq sümüklərinin sınığı, sol ayaq pəncəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vətəndaş N.F.Xudiyevin bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtokarın təkərinin onun ayağının üstündən keçməsi nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli, 10/1477 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, Şəxs iş zamanı istifadəsində olan avtokarı arxaya verməzdən əvvəl yaxınlıqda insan və ya digər maneənin olmasına əmin olmadan, həmçinin səs siqnalı vermədən avtokarı arxaya verərək hərəkətə gətirdiyinə görə, “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29-cu bəndinin və 63.12-1.05-79 “Zavoddaxili nəqliyyatın istismarında təhülkəsizlik texnikası Qaydaları”nın 7.9, 7.28-ci bəndlərinin tələbləri avtokarı idarə etmiş Şəxs tərəfindən pozulmuşdur. xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X5 xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir. 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, o, “X13 LTD” MMC-də avtokar sürücüsü vəzifəsində işləyərkən anbarda yükləmə işlərinin icrası zamanı “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29-cu bəndinin və 63.12-1.05-79 “Zavoddaxili nəqliyyatın istismarında təhülkəsizlik texnikası Qaydaları”nın 7.9, 7.28-ci bəndlərinin tələblərini pozaraq avtokarı arxaya verməzdən əvvəl yaxınlıqda insan və ya digər maneənin olmasına əmin olmadan, həmçinin səs siqnalı vermədən avtokarı arxaya doğru verərkən orada qablaşdırma işlərini görən X1 ayağının üstündən keçməsi nəticəsində Namiq Xudiyev az ağır xəsarət almış bununla da Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə vəzifəli şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə fiziki şəxs Şəxs məsuliyyətini yüngüllləşdirən halları nəzərə alaraq hesab edir ki, ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Fiziki şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1988/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1988/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver