Məhkəmə qərarları › İş №3(001)-1990/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1990/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1990/2024 28.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Bakı şəhəri X8 İdarəsi Yol patrul xidməti inspektoru polis serjantı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X5 protokoldan və həmin ptotokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri X8 İdarəsi Yol patrul xidməti inspektoru polis serjantı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X5 protokolun və həmin protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, 2024-cü ilin fevral ayının 18-də idarə etdiyi “Toyota Prado” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu Mir Cəlal küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində sola dönərək hərəkətini davam etdirmişdir. Həmin kəsişmədə hərəkəti nizamlayan svetofor vardır. O, svetoforun yaşıl işığında yolayrıcına daxil olduğu üçün sonradan digər istiqamətdə hərəkət edən avtomobillərə və piyadalara mane olmamaq məqsədi ilə hərəkətini davam etdirərək Asif Məhərrəmov küçəsinə dönmüşdür. Bu zaman arxadan sayrışan işıqlarını qoşmuş yol patrul xidməti avtomobilindən səs ucaldıcı vasitəsilə ona dayanmaq işarəsi verilmiş, buna görə idarə etdiyi “Toyota Prado” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırmışdır. Yol patrul xidməti əməkdaşı ona svetoforun qırmızı işığında hərəkət etdiyini və buna dair video görünlülərin olduğunu bildirmişdir. O, qırmızı işıqda deyil, уaşıl işıqda hərəkət halında уolayrıcına daxil olduğunu və sonradan digər istiqamətdə hərəkət edən avtomobillərə və piyadalara mane olmamaq məqsədi ilə hərəkətini davam etdirdiyini bildirmişdir. Nəticədə inspektor ona protokol tərtib edəcəyini, ancaq sistemə qərarsız yerləşdirəcəyini demiş, o da, razılaşmışdır ki, sonradan görüntülərə baxa bilsin. Lakin günlər keçməsinə baxmayaraq foto və video görüntülər elektron kabinetə yerləşdirilməmişdir.xx.xx.2024-cü il tarixdə isə AR İXM-in 327.2-ci maddəsi ilə 80 manat cərimə və 3 cərimə balı ilə tənbeh edilməsinə dair qərar qəbul edilmişdir. Hesab edir ki, barəsində çıxarılmış TP ******* saylı qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmiş, inzibati protokolun tərtib edilməsi zamanı İXM-in tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri X5 iş üzrə protokolda (X5 iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar X5 protokolda göstərilməlidir.Göründüyü kimi уuxarıda qeyd olunan qanunun göstərilən müddəaları iddia olunan hərəkətlərdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri mövcud deyildir. O, hər hansı yol hərəkəti qaydasını pozmamış, eləcə də heç bir inzibati xəta törətməmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumatlandırılmış Bakı şəhəri X8 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Bakı şəhəri X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli X5 Protokoldan görünür ki, Bakı şəhəri X8 İdarəsi Yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən “Toyota Prado” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, Ə.M.Dadaşov xx.xx.2024-cü ildə Bakı 20 Yanvar 2a ünvanda həmin avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. TP ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Toyota Prado” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bililib 80 (səksən) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə Bakı 20 Yanvar 2a ünvanda “Toyota Prado” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində X5 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X5 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri X5 iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin təsvir edilmiş hallarından görünür ki, şikayət verən Əli Dadaşov xx.xx.2024-cü ildə yol hərəkəti qaydasını pozmadığını, eləcə də heç bir inzibati xəta törətmədiyini bildirərək, ona istinad olunan inzibati xətanı qəbul etmir. Qanuna əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə də borclu deyildir. Başqa sözlə, mübahisələndirilən TP ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərarın əsaslılığını və qanuniliyini sübut etmək yükü həmin qərarı qəbul etmiş orqanın üzərinə düşür. Səlahiyyətli orqan isə təkrarən sorğu verilməsinə baxmayaraq sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda isə X1 xx.xx.2024-cü ildə Bakı 20 Yanvar 2a ünvanda “Toyota Prado” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilən zaman hərəkətini davam etdirməsini əminliklə iddia etmək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X5 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə X5 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X5 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri X8 İdarəsi Yol patrul xidməti inspektoru polis serjantı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X5 protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək X5 iş yenidən baxılmaq üçün Bakı şəhəri Yasamal rayon X8 Şöbəsinə göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işə yenidən baxılarkən X1 iştirakının təmin edilməsi, foto və video sübutlar olduğu halda onların birlikdə baxışının təşkil edilməsi işin halların hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmasına xidmət edə bilər. Şikayətin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X5 protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərildiyindən X5 protokolun məhkəmə tərəfindən ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi mümkün deyil. Ona görə də həmin hissədə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri X8 İdarəsi Yol patrul xidməti inspektoru polis serjantı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X5 protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin, X5 iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhəri X8 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar