Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1991/2024 27.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Sabunçu rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat təxminən 21:00 radələrində Koroğlu metrosu istiqamətindən Bakıxanov dəmiryolu stansiyasına gedən yolda ona məxsus idarə etdiyi “VAZ 2172” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq kapotu açılmış və qabaq ön şüşəyə çırpılmışdır. Görünmə məhdud olduğuna görə avtomaşın yolun sağ kənar hissəsinə sürüb saxlamaq istəmişdir. Bu zaman avtomaşının qabaq sağ qanadı yolun sağ kənarında dayanan avtomaşının arxa sol qanadına dəyərək qəza baş vermişdir. Qəza nəticəsində onun avtomaşını fırlanmış və o, idarəetməni itirmişdir. Ani vaxtda onun avtomaşını yolun kənarında dayanan avtomaşınlara çırpılaraq dayanmışdır. O, qolundan və döş qəfəsinin sükana dəyməsindən yüngül xəsarət almışdır. “102” qaynar xəttə zəng edərək, qəza olduğunu bildirmiş və qəza yerinə DYP əməkdaşlarının gəlməsini xahiş etmişdir. Təxminən 40 dəqiqə gözləmişdir, lakin hadisə yerinə yığışan vətəndaşlardan başqa yol polisi əməkdaşları gəlməmişlər. Ağrıları kəskinləşmiş, orada olan bir taksi sürücüsü onu xəstəxanaya aparmaq istədiyini bildirmişdir. O, xəstəxanaya getməkdən imtina etmiş, evə getmək istədiyini bildirmişdir. Çünki həyat yoldaşı hamilə olduğundan narahat olmuşdur. Mobil telefon nömrəsini hadisə yerində olan bir vətəndaşa verib, həmin taksi sürücüsü ilə evə gəlmişdir. Evdə ona ilkin tibbi yardım - ağrı kəsici iynə vurmuşlar və o, ağrıları sakitləşən kimi, təxminən 22:25 radələrində hadisə yerinə gəlmişdir. Hadisə yerinə o, gəldikdə avtomaşını olmamışdır. Orada olan vətəndaşlar bildirmişlər ki, avtomaşını evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Yaxınlıqda olan cərimə meydançasına getdikdə isə dayanacağın gözətçisi avtomaşını Sabunçu DYP-nin əməkdaşının evakuator vasitəsilə gətirdiyini bildirmiş və Sabunçu rayon DYPŞ-nə getməsini bildirmişdir. Saat 23:00 radələrində Sabunçu DYPŞ-də getdikdə, orada mülki geyimli orta yaşlı gözətçi bu vaxtı şöbədə heç kimin olmadığını, sabah saat 10:00-da gəlməsini bildirmişdir. O, oradan yol maşını ilə C.Cabbarlı küçəsində yerləşən Respublika Narkoloji dispanserində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə 16.02.23-cü il tarixində, saat 00:10 dəqiqədə tibbi müayinədən keçmiş və tərtib olunmuş 2/4938 nömrəli protokolda müayinənin nəticəsi “ayıq” müəyyən edilmişdir. Səhər saat 10:00-da Sabunçu rayon DYPŞ-nə gəldikdə orada mülki geyimli vətəndaş ondan izahat almadan onun günahkar olduğunu, ona 100 azn cərimə yazılacağını, əzilmiş avtomaşınları sığorta şirkətinin təmir edəcəyini bildirmişdir. Ona boş vərəqələrə imza etdirəndən sonra sərbəst buraxmışlar. Təxminən bir ildən sonra Binəqədi Rayon Məhkəməsindən gələn bildirişdən ona məlum olmuşdur ki, barəsində qanunsuz olaraq İXM-nın 327.6 maddəsi göstərilməklə İXP ******* saylı protokol yazılmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi oğlu məhkəmədən şikayət ərizəsində göstərilənlərə əsasən TP ******* saylı, xx.xx.2023 tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati tənbeh vermə haqqında qərarı çıxarmış Bakı şəhəri Sabunçu rayon X9 Şöbəsinə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu rayon X9 Şöbəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin şikayət ərizəsini inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş sənədlərlə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 100 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji X8 Şəxsinin xx.xx.2024-cü il tarixli, xx/xx-1703 nömrəli məktubdan görünür ki, X1 hallarının bütün növlərinin təyini məqsədilə tibbi müayinədən keçmiş və “ayıq” olduğu müəyyən edilmişdir. Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X4 məxsus “VAZ” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi zədələnmişdir. İnzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, yol-nəqliyyat hadisəsi Sabunçu rayon DYPŞ-nin ərazisində baş vermişdir. Şikayət vermiş şəxs X7 isə inzibati tənbeh vermə haqqında qərardan yaşadığı yer üzrə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, lakin inzibati işə yaşadığı yerin məhkəməsində baxılması barədə vəsatəti iş materiallarına əlavə etməmişdir. Bundan əlavə, həmin inzibati tənbeh vermə haqqında qərar 17 fevral 2023-cü il tarixdə qəbul edilmişdir. Şəxs qanunverciliklə müəyyən edilmiş müddət ötürülməklə sözügedən qərardan şikayət vermiş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət olmadan məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, X3 Sabunçu rayon X9 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 106-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Sabunçu rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1991/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1991/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver