Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1992/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı, X1 X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardaddan şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X2 X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardaddan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından, ümumiyyətlə şikayət imzalanmadığınddan geri qaytarılmalıdır. Belə ki, X1 ünvanlandığı şikayətə X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadın nə vaxt almasını təsdiq edən heç bir sənəd əlavə edilmədiyi üçün sonuncu tərəfindən sözügedən qərarın konkret olaraq nə vaxt alınmasını müəyyən etmək mümkün deyildir. Bununla yanaşı X4 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadın ləğv edilməsi ilə bağlı müraciəti xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X2 X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardaddan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardaddan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1992/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1992/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver